3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
19:17 | 28 iyun 2014 | Şənbə
Məqaləyə 2364 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!
Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin düşmən qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan ordusu ötən gecə ermənilərin mövqelərinə güclü zərbələr endirib.
Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin yaydığı məlumatlar da Azərbaycan ordusunun cavab atəşlərinin kifayət qədər intensiv və güclü olduğunu təsdiqləyir.
Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin rəhbəri Andranik Aydınyan «A1+» telekanalına açıqlamasında bildirib ki, iyunun 27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf yaşıl rəngdə raket buraxılıb.
«Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar» - deyə Aydınyan bildirib.
A.Aydınyan deyib ki, atəş nəticəsində kəndin qaz kəməri zədələnib, evlərə xəsarət dəyib. Evlərdən birinin həyətində yanğın başlayıb və onu çətinliklə söndürmək mümkün olub.
Ermənistanın Azərbaycanla sərhəd Movses kəndi də Azərbaycan ordusunun cavab atəşlərinin gücünü hiss edib. Kəndin rəhbəri Arara Avalyan gecə kəndin intensiv atəşə tutulduğun, evlərin şüşələrinin və qapılarının zədələndiyini, bir evdə yanğın olduğunu deyib.
ANS telekanalı isə xəbər verib ki, Ermənistan ordusunun mövqelərindən dünən axşam saat 23:00 radələrindən başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi yenidən güclü atəşə tutulub.
Kənd icra nümayəndəsi Valeh Rzayevin ANS-ə verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.
Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib. Kənd sakinlərindən xəsarət alan olmayıb.
Xatırladaq ki, son bir neçə gün ərzində ermənilər Tovuz rayonunun Əlibəyli kəndinin dörd dinc sakinini, o cümlədən bir azyaşlı uşağı yaralayıblar. Qazax rayonunda isə ordumuzun leytenantı erməni gülləsindən yaralanıb.