vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
İNCƏSƏNƏT  
HƏM qalib oldu 15:54 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2958 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

HƏM qalib oldu

Mərkəz 70 layihəni geridə qoyub

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Mərkəzi (HƏM) London Dizayn Muzeyi tərəfindən ilin ən yaxşı dizaynlı muzeyi adına layiq görülüb.

ANS PRESS-in məlumatına görə, bu dalğavarı incəsənət kompleksi 70 memarlıq layihəsini geridə qoyaraq qalib adını qazanıb. Mükafat Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.