
“Beş il əvvəl xəyal idi”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud qırıq-qırıq görünən Ağdam
Bu yolu keçməyə əzm var
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
Tez-tez gəlin ...
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
Cəbhə xəttini keçdiklərinə görə …
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
Dünən gecə Ağdamın Mirəşelli kəndi istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun əsgərləri yaralanıb. Bu barədə musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı xəbər verib.
Onun sözlərinə görə, təcili tibb yardım maşınları yaralıları Mirəşəlli qəbiristanlığının yaxınlından götürərək Sarıcalı kəndində yerləşən hospitala aparıblar.
Saytın əməkdaşı öyrənib ki, yaralılar dünən gecə başlayan atışma zamanı güllə yarası alıblar. Ancaq erməni snayperləri onların vaxtında əməliyyat yerindən götürülməsinə imkan verməyiblər. Bu üzdən yaralıların sağ olub-olmaması, yaralarının ağırlıq dərəcəsi bilinmir.
Xəbəri axar.az saytının cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı da təsdiqləyib.
Onun verdiyi məlumata görə, Ağdamın Qərvənd və Bayramlar kəndi istiqamətində sübh çağı gedən atışmada Azərbaycan ordusunun iki əsgəri yaralanıb. Atışma davam etdiyinə görə təcili tibbi yardım maşınları yalnız bu gün əraziyə girərək yaralı əsgərlərimizi oradan götürə bilib.
Hazırda yaralılar Sarıcalı hospitalına aparılır. Xəbərdə deyilir ki, hər iki əsgərimiz Qərvənd qəbiristanlığı önündə vurulub.
Düşmənin nə qədər itki verdiyi haqda məlumat yoxdur. Bu dəqiqələrdə atışmada qısamüddətli fasilə yaranıb.