
«... Orxan Pamukdan incidim»
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
Flora Kərimova ilə İlhamə Quliyevanın fərqi
«Küçə süpürərəm, kiməsə «məni dolandır» demərəm»
Flora Kərimova hədələdi
Yerli kinoteatrlardan birində film izləməyə gələn Xalq artisti Flora Kərimova AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub.
- Flora xanım, kinoteatra tez- tez gəlirsiniz?
- Artıq üçüncü filmdir ki, gəlib baxıram.
- Sizi son zamanlar çəkilmiş yerli filmlər qane edirmi?
- Bu yaxınlarda yerli bir filmə baxdım, çox xoşuma gəldi. Filmin əvvəlindən
sonuna qədər xeyli güldüm.
- Necə düşünürsünüz, indiki rejissor və aktyor heyəti tamaşaçılara səviyyəli
gülüşü verə bilirmi?
- Bilirsinizmi mən nəyin əleyhinəyəm, tutaq ki bir komediya göstərirlər. Orada
filmə baxan insana, tamaşaçıya gülməyi yeridirlər. A bala mənə lazımdırsa, özüm
güləcəm də. Mənə işarə edirlər ki, burada gül. Bu xoşuma gəlmir.
- İllər öncə «Qanun naminə» filminə çəkildiniz. Bəs indi necə hansısa rejissor
sizə filmə çəkilməyi təklif etsə razılaşarsınızmı?
- Bu yaxınlarda seriala çəkilməyi təklif etmişdilər. Ancaq həyatım keşməkeşli və
siyasətlə qarışıq olduğuna görə razılaşmadım. Təklif edən rejissoru həvəsindən
yayındırdım. Dedim ki, çəkilişimiz alınmayacaq. Film melodrama olacaqdı.
- Bəs komediya filmləri necə ruhunuza yaxın deyil?
- Canımda yumor hissi güclüdür. Bilirsiniz, elə bir səviyyədəyəm ki, razılıq
vermək üçün götür qoy etməliyəm. Çox seçimdə olmalıyam.
- Ancaq onu da nəzərə alaq ki, xarici ulduzların bir çoxunun həyatından bəhs edən
filmləri var…
- O filmlərdə yalanlar çox olur. Orada kasıb olmaq , uşaqlıqda əziyyət çəkmək,
zorakılığa məruz qalmaq çox dəbdədir. Mən o yolla getmək istəməzdim. Həqiqətləri
hərdən müsahibələrdə danışıram. Ancaq o həqiqətlərin üstünə bir qədər də yalan
yükləyib, filmə çəkilmək istəməzdim.