vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞOU BİZNES  
Fransada cinsi qalmaqal 09:12 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 1169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada cinsi qalmaqal

Canlı yayımda qadının sinəsini öpən jurnalistin başı dərdə girib

Fransada jurnalistin televiziyada canlı yayım zamanı qadının sinəsini öpməsi cinsi təcavüzə qarşı fikirlərin səslənməsinə səbəb olub.

Gənc qadın canlı yayım zamanı Jan Mişel Mayrenin onu öpmək təklifini rədd etsə də, jurnalist onun sinəsindən öpüb.

Bu, Fransada etirazla qarşılanan kişilərin cinsi fürsətcilliyi ilə bağlı qalmaqallı hadisələrdən növbətisidir.

Qadın haqları naziri Lourens Rosiqnol da daxil olmaqla, 250 qəzəbli izləyici hadisə ilə bağlı mediya qurumuna şikayət edib, digərləri isə jurnalistin mühakimə olunmasını tələb ediblər.

«Cənab Mayre deyib ki, o, epizodu təkrarən izləyib və onu «gülmək tutub»» hadisəni barədə şərh edən Fransanın «Marianne» jurnalı xəbər verir. Jurnalist isə «Twitter»dəki hesabında yazdığı yarı ciddi statusda etdiyi hərəkətə görə üzrxahlıq edib.

Proqramın aparıcısı Kiril Hanouna isə deyib ki, o, bunun «ciddi məsələ» olduğunu düşünməyib.

«Mən insanam, əşya deyiləm» deyən zərərçəkən, 21 yaşlı rəqqasə Soraya, L'Express jurnalına cənab Mayrenin hərəkətindən şoka düşdüyünü bildirib.