

«Məsələ bundadır ki, mən Türkiyəyə müalicə üçün getmirəm. Ora gedirəm ki, mütəmadi olaraq müayinə olunam. Hər üç aydan bir müayinədən keçməyim vacibdir. Çünki bu xəstəliyin müalicəsi yoxdur. Amma müayinələr davam etməlidir. Sonuncu dəfə iki ay bundan əvvəl Türkiyədə müayinə olub, qayıtdım».
Bunu Moderator.az saytına açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynov bildirib.
İki il bundan əvvəl ağciyər xərçəngi səbəbindən Türkiyədə əməliyyat olunan diktor o zamandan etibarən mütəmadi olaraq dövlət hesabına Türkiyədə müayinədən keçir.