
Türkdilli dərgi bağlanıldı
Latın qrafikasından istifadə etdiyinə görə
Latın qrafikasından istifadə etdiyinə görə
Babək Çələbiyanlı: «Döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcəklər»
65 günlük etiraz qələbə ilə yekunıaşdı
Nadir Qazipur İran Məhkəmə Sisteminin rəisinə müraciət edib
Köşə yazarı, Murtuza Muradpurun aclıq aksiyası ilə bağlı İran səfiriliyinə etiraz məktubu ünvanlayıb
Muradpurlar Təbriz Məhkəməsi önündə piket keçirib
Təbriz Məhkəməsi önündə piket keçirən türk fəallar həbs edilib
Murtaza Muradpur aclıq aksiyasının 54-cü günündə huşunu itirib
Türk öyrəncilər Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər
Fars-molla rejimi köçürmə xərcini fəalların ailəsinə ödətdirib
Urmiya Universitetində «Murtaza Muradpur azad olunmalıdır» şüarı səsləndirilib
Güneyli fəal aclıq aksiyasının 40-cı günündə
«Aclıq aksiyası keçirən məhbusların tələblərinə baxılsın»
Aclıq aksiyası keçirən Rəsul Rəzəvi və Murtaza Muradpur Kərəcin Rəcayişəhr zindanına aparılıb
Murtaza Muradpur Təbriz zindanında etiraz aksiyası keçirir
Hüseyn Əliməhəmmədi evini girov qoyub
Təbriz zindanının 12-ci korpusunda saxlanılan azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur bir qrup məhbus və zindan məsullarından olan Sultani adlı birisi tərəfindən döyülüblər.
Belə ki, məhbuslardan üçü naməlum səbəbdən H.Əliməhəmmədi ilə dalaşıb və onu döyüblər. Azərbaycanlı fəal zindan məsullarına müraciət edərək onunla savaşan məhbusların cəzalandırılmasını istəyib, bundan sonra korpusa gələn Soltani sözügedən məhbusları deyil, H.Əliməhhəmədini döyüb. M.Muradpur isə bu vəziyyətə etiraz etdiyinə görə korpusun rəisinin yanında və onun dəstəyi ilə Sultani tərəfindən döyülüb. M.Muradpur aclıq aksiyasında olduğu üçün aldığı zərbələr nəticəsində huşunu itirib.
Hər iki fəalın xüsusi korpusa köçürüldüyü bildirilir.
Sultani fəalları təhdid edərək bildirib ki, bu xəbər zindanın çölünə çıxarsa və ya ona qarşı şikayət edilərsə, onlar üçün daha pis olacaq. Təbriz zindanından əldə edilən məlumata görə, zindan məsulları səsgücləndirici ilə bütün məhbusları adı çəkilən fəallardan şikayət etməyə və şikayətlə bağlı imza toplamağa çağırıblar.