
Təbriz universitetində «ana dilində tədris» tələbi
«Güney azərbaycanlılar ana dilinin qrammatikasını da öyrənmək istəyirlər»
«Güney azərbaycanlılar ana dilinin qrammatikasını da öyrənmək istəyirlər»
Milad Balisini: «Məsullar baxdı ki, bu kursu dayandıra bilməzlər»
«Bu pulla Urmiya gölünü xilas etmək olmaz»
«Avstraliyada Urmiyanın quruması uşaqlara tədris edilərkən edilərkən, ...»
Güney Azərbaycanlıların müqaviməti nəticə verdi; kürd kökənli valinin təyinatı…
Urmiyalı millət vəkilləri kürd kökənli vali təyinatı ilə bağlı prezidentə müraciət edib
«Türk adına qarşı həssaslıqlar yaranıb amma fraksiyanın adı Türk Bölgələri qalacaq»
Nadir Qazipur Türk Bölgələri Fraksiyasının ləğv edilməsi ilə bağlı yayılan xəbərə reaksiya verib
«Məktəb və universitetlərdə türk dili tədris olunmalı, türk nazirlərin sayı artmalıdır, əks halda...»
Nadir Qazipur: «Hökumət göldə suyun azaldığına dair sənədləri gizli saxlayır»
Son iki ildə terror təşkilatına qoşulanların ortalama yaş həddi 12 olub
Millət vəkili hökuməti yalan şayiələr yaymaqda ittiham edib
Marağa universitetində keçirilən toplantıda Azərbaycana qarşı ayrı-seçkilik siyasətindən danışılıb
Nadir Qazipur: «Etirazlar göstərir ki, heç bir tədbir görülməyib»
Millət vəkili: «Mən bunu özümə borc bilirəm»
Latın qrafikasından istifadə etdiyinə görə
Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur aclıq aksiyası səbəbindən ölüm ayağında olan siyasi məhbus Murtaza Muradpurla bağlı İran Məhkəmə Sisteminin rəisinə məktubla müraciət edib.
Nadir Qazipur siyasi məhbusun vəkili Cəfər Əfşarniyadan məktub aldıqdan sonra Sadiq Laricaniyə müraciət edərək azərbaycanlı fəalın azadlığa buraxılmasını tələb edib.
Məlumata görə, dekabrın 20-də Murtaza Muradpurun aclıq aksiyasının 57-ci günündə siyasi məhbusun vəkili Təbriz və Urmiyanın millət vəkilləri Məsud Pezeşkiyan və Nadir Qazipura məktub yazaraq onlara siyasi məhbusun son vəziyyəti və məhkəmə dosyesi ilə bağlı məlumat verib və məhbusun azadlığa buraxılması ilə bağlı onlardan yardım istəyib.
Qeyd edək ki, adlarını çəkdiyimiz azərbaycanlı millət vəkilləri, deputat olmaqla yanaşı həm də Türk Bölgələri Fraksiyasının məsul şəxsləridir. Belə ki, Məsud Pezeşkiyan Fraksiyanın rəisi, Nadir Qazipur isə onun müavinidir.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Təxminən iki aydır aclıq aksiyasında olan fəalın ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.