
Güney Azərbaycan – türkün savaş meydanı
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Azərbaycan Milli Hərəkat fəalları və bir sıra yerli məsulların müqaviməti nəticəsində rejim ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək qərarından vaz keçib.
Bu barədə Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri öz İnstagram səhifəsində məlumat yayıb. «Bir sıra cəhdlərdən sonra Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ilə bağlı plan ləğv edildi», - deyə millət vəkili qeyd edib.
Son günlərdə radikal kürd qruplaşmalarına yaxınlığı ilə seçilən Fridun Hümməti adlı ilamlı kürdün İran Daxili İşlər naziri tərəfindən Qərbi Azərbaycana vali kimi nəzərdə tutulduğu qeyd olunurdu. Xəbər yayıldıqdan sonra nazirin bu qərarına qarşı Azərbaycan əhalisi, xüsusi ilə də milli-mədəni fəallar, həmçinin bir sıra yerli məsullar ciddi etirazlara başladılar. Məhz bundan sonra rejim geri addım ataraq Qərbi Azərbaycanın vali postu üçün digər variantlar axtarmalı oldu.
H.Bahaduri bundan öncə İnstagram səhifəsində paylaşdığı məlumatda Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu, bu barədə prezident Həsən Ruhaniyə məktubla müraciət etdiyini yazmışdır.
Millət vəkili həmçinin qeyd etmişdir ki, o Prezident Administrasiyasının rəisi Dr. Vaezi, Həsən Ruhaninin seçki qərargahlarının rəisi və Ticarət, Mədən və Sənaye naziri Dr. Şəriətmədari, İran Daxili İşlər nazirilin parlament işləri üzrə müavini Dr. Samani və prezident müavini və Ətraf Mühit Təşkilatının rəisi Dr. Kəlantəri ilə telefon əlaqəsi saxlayaraq sözügedən təyinata qarşı olduğunu, bu istiqamətdə olan cəhdlərin düzgün olmadığını deyib.
Xəbər verdiyimiz kimi, mövzu ilə bağlı Urmiyanın millət vəkili Ruhulla Həzrətpur da İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazmışdır. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.
Urmiyanın digər millət vəkili Nadir Qazipur da həmkarları ilə eyni mövqeyi paylaşıb. «Mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə heç bir ehtiyacımız yoxdur», - deyə o vurğulamışdır.
Fridun Hümməti İlam kürdlərindəndir. O bundan öncə Tehran tərəfindən Qərbi Azərbaycan Teleradio Şirkətinin rəisi postuna təyin edilib. Fridun Hümməti rəsmi fəaliyyəti müddətində Mahabad kürd şəbəkəsinin gücləndirilməsi istiqamətində xüsusi addımlar atıb, onlara müxtəlif yollarla yardım göstərib.
Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərirlər.