
Tarixi sənəd olan foto
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Hücumlardan sonra ilk uçuş Təbrizdən İstanbula həyata keçirilib
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
Təhdidlər, kinli bəyanatlar, köhnə qorxular bizi bundan döndərə bilməyəcək
Rejim Güney Azərbaycanda yüksələn oyanışdan qorxur
... Milli kimliyimizin, azadlıq arzularımızın və siyasi gələcəyimizin simvoludur
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
Aclıq aksiyası keçirməkdə olan azərbaycanlı fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur Təbriz həbsxanasından Kərəcin Rəcayişəhr zindanına sürgün edilib. Noyabrın 4-də Təbriz zindanından naməlum məkana aparılan məhbusların Kərəcin Rəcayişəhr zindanına sürgün edildiyi məlum olub.
R.Rəzəvi oktyabrın 4-də İnqilab Məhkəməsinin çıxardığı ədalətsiz qərar və təhlükəsizlik qüvvələrinin məhkəmə prosesinə etdiyi müdaxiləyə görə aclıq aksiyasına başlayıb. M.Muradpur isə dosyesi ilə bağlı İslam Cəza Qanununun 134-cü maddəsinin icra olunmaması və azadlığının təmin edilməməsinə etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib.
M.Muradpur noyabrın 1-də azərbaycanlı fəal Hüseyn Əliməhəmmədinin Təbriz həbsxanasının 12-ci korpusunda bir neçə məhbus və zindan məsullarının biri tərəfindən döyüldüyünə etiraz etdiyinə görə həbsxana məsulları tərəfindən döyülüb və aldığı zərbələrdən huşunu itirmişdir.
Bu arada Təbrizdə R.Rəzəvinin azadlığını tələb edən çox sayda bildiriş yayılıb. Əhali arasında yayılan və divarlardan asılan Bildirişlərdə R.Rəzəvinin keçirdiyi aclıq aksiyası və onun ümumi durumu haqda məlumat dərc olunub. Azərbaycanlı fəallar R.Rəzəvinin qeyd-şərtsiz azadlığını tələb ediblər.
Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqallarının müraciətindən sonra aksiyanı dayandırmışdır.
Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və «anti-irqçilik» nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.