
Fars-molla rejimi özünə gələ bilmir
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Öz millətini işğalçıların siyasətinə satan türklər
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Zərifin istefası Pezeşkianı şoka salıb
Zərif ərizə yazmağa məcbur edilib; bu hadisələr İranı silkələyəcək
Bütöv Azərbaycan naminə çox böyük uğurlara imza atma zamanı
İran prezidenti Məsud Pezeşkian: “Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”
“Kabinetin işinə müdaxiləyə imkan verməyin”
Təbrizli keçmiş millət vəkili: “İnsanlara bütün qəlbimlə xidmət edəcəm”
Yaxud Pezeşkian istəklər və məhdudiyyətlər arasında
Prezident Məsud Pezeşkian: “Sərt qərarlar qəbul edilməlidir”
Rejim Pezeşkiyanın susmayan xalq çoxluğunun dəstəklədiyi sülhməramlıya çevriləcəyindən qorxur
Urmiya Azad Universditetinin türk öyrənciləri dekabrın 10-da Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər. Məlumata görə, öyrəncilər M.Pezeşkiyan Azərbaycan Respublikası və güney azərbaycanlı milli-mədəni fəalları yabancı adlandırdıqdan sonra salonu tərk ediblər.
İclasa qatılan öyrəncilər Murtaza Muradpurun şəkilinin əks olunduğu plakatlar qaldırıb və «Azərbaycan var olsun – Muradpur azad olsun» şüarları səsləndiriblər.
İclasda millət vəkilinə ingilis dilində sual da ünvanlanıb. Azərbaycanlı milli-mədəni fəal Sina Həsəni bildirib ki, necə ki, siz, iranlılar başa düşsün deyə farsca danışırsız, biz də, bütün dünya İran adlı qəfəsdə nə çəkdiyimizi anlasın deyə ingiliscə yazırıq.
Məlumata görə, M.Pezeşkiyan öz çıxışında azərbaycanlı fəalları kəskin tənqid edərək onları və Azərbaycan Respublikasını yabancı adlandırıb.
Qeyd edək ki, azərbaycanlı millət vəkillərinin əksəriyyəti Azərbaycanda gedən ictimai-siyasi proseslərdən yetəri qədər xəbərdar deyil və ya mərkəzi hökumətdən ehtiyatlandığı üçün vaxtaşırı Azərbaycana qarşı mövqe sərgiləyirlər.