
Türkdilli dərgi bağlanıldı
Latın qrafikasından istifadə etdiyinə görə
Latın qrafikasından istifadə etdiyinə görə
Babək Çələbiyanlı: «Döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcəklər»
65 günlük etiraz qələbə ilə yekunıaşdı
Nadir Qazipur İran Məhkəmə Sisteminin rəisinə müraciət edib
Muradpurlar Təbriz Məhkəməsi önündə piket keçirib
Təbriz Məhkəməsi önündə piket keçirən türk fəallar həbs edilib
Murtaza Muradpur aclıq aksiyasının 54-cü günündə huşunu itirib
Türk öyrəncilər Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər
Fars-molla rejimi köçürmə xərcini fəalların ailəsinə ödətdirib
Urmiya Universitetində «Murtaza Muradpur azad olunmalıdır» şüarı səsləndirilib
Güneyli fəal aclıq aksiyasının 40-cı günündə
«Aclıq aksiyası keçirən məhbusların tələblərinə baxılsın»
Aclıq aksiyası keçirən Rəsul Rəzəvi və Murtaza Muradpur Kərəcin Rəcayişəhr zindanına aparılıb
Azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur həbsxana işçiləri tərəfindən döyülüb
Murtaza Muradpur Təbriz zindanında etiraz aksiyası keçirir
Hüseyn Əliməhəmmədi evini girov qoyub
Təbrizin mərkəzi zindanında 58 gündür aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurla bağlı xəbərlər nəinki Azərbaycan Respublikası mətbuatının, hətta Türkiyə mediasının da diqqətini çəkib. Bu aksiya sosial şəbəkələrdə çox geniş müzakirə olunur. Bu günlərdə Vaxt.az saytının da dövlət Bəy təxəllüslü köşə yazarı Emil Saidlar güneyli fəal Murtuza Muradpurun aclıq aksiyası ilə bağlı İranın Azərbaycandakı səfiri Möhsün Pakaniyə məktub ünvanlayıb. Məktubu olduğu kimi Vaxt.az oxucularının diqqətinə çatdırırıq.
«Cənab Möhsün Pakayinə.
Hörmətli Səfir!
Millətlərin xüsusilə də gəncliyin etirazı, diplomatik dildə desək, notası dövlətlərin verdiyi etiraz notalarından daha yüksəkdə durur, Bu daha ciddi, daha uzunmüddətli və daha qəliz çözülən bir məsələdir.
Tərcümeyi-halınızdan məlumdur ki, hökümətin müxtəlif məqamlarında ciddi postlar tutmuş zəngin təcrübəli bir dövlət adamısınız və buna şübhəm yoxdur ki, Bir İran dövləti təmsilçisi kimi, «Azərbaycanın Şimalında - respublikamızda səfir olmaq, Tailand, Özbəkistan və ya Zambiyada səfir olmaq deyil» gerçəyinin fərqindəsiniz. Çünki, geniş coğrafiyada yaşamaqda olan xalqımız Rusiya torpaqlarından İran torpaqlarına qədər bir ərazidə müxtəlif dövlət vətəndaşlığı altında məskunlaşıblar. İran və Azərbaycan bir-biri ilə sırf tarixi-mədəni eyni zamanda siyasi bağlılığa malik xalqlardır, zamanla çiyin-çiyinə ölkələr idarə etmiş, zamanla ciddi gərginliklər yaşamış qonşularıq.
İndi, Cənab Səfir, bizlər yeni gərginik, bizi İranda həbsdə olan Murtaza Muradpurlarımızın taleyi ciddi narahat edir. Bizləri dövlətlərin siyasəti bu məqamda az maraqlandırır. Anladığımız odur ki, 60 günə yaxın ölüm aclığı etməsinə baxmayaraq ona bu qədər biganə yanaşılması heç bir ədalətə sığmır. İnanmaq istəyrik ki, bu aidiyyatı orqanlarınızın ədalətdə boşluqlarından irəli gəlmir, sadəcə hansısa səbəblərdən belə ciddi hadisə diqqətdən kənar qalıb. Sizin üzərinizə vacib bir yük düşdüyünü və bu mövzuda əvəzolunmaz konstruktiv rolunuz olacağına ümid edirik. Və elə bu inamla da məktubumuzun məqsədini sizə bəyan etdik.
Xahiş edirik ki, bizlərin soydaşlarımız Murtaza Muradpur, Rəsul Rəzəvinin taleyi üçün ciddi narahatçılığımızı İran dövlətinə çatdırasınız.
Hörmətlə, Murtaza Muradpurların minlərlə qardaş-bacıları adından Emil SAIDLAR»