
Trampın zəif yeri
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
Prezident seçkilərində respublikaçıların təkrar qələbəsinə təhlükə yaradan təbəqə
Çinin ABŞ-a cavabı gecikmədi
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
... antimilli qruplar isə hakimiyyət eşqində
Tramp: “İrana artıq heç bir mesajım yoxdur”
Tramp İranla müharibədən danışdı
Tramp bu dəfə 10-luqdan vurdu
Tramp KXDR liderindən “çox isti” mesaj aldığını deyib
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
Prezidentin köməkçisi 59 yaşını tamamladı
“Ölkəmi nüvəsizləşdirməyə hazıram”
Ya onun qarşısında diz çökməli, ya da meydan oxunmalıdır
Donald Tramp məhkəməyə verildi
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
“The Washington Post” yazır ...
«Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir». Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.
Ə.Həsənov qeyd edib: «Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti – 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir».
Prezidentin köməkçisi bildirib ki, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq əlaqələri var: "Bunların sırasında enerji sahəsində beynəlxalq əməkdaşlığı qeyd etmək olar. Regional və beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı da buraya aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizlikdir. ABŞ ilə birgə neçə ildir ki, dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesinə qatılıblar. Düşünürük ki, bu sahələrdə əməkdaşlıq davam etdriləcək".
Ə.Həsənov əlavə edib: «Lakin ən böyük gözləntimiz – cənab Prezident İlham Əliyevin də təbrik məktubunda qeyd etdiyi kimi, ABŞ-ın Minsk qrupunda daha aktiv və dinamik fəaliyyət göstərəcəyinə olan ümidimizdir. Düşünürük ki, nəhayət, cənab Trampın rəhbərliyi altında ABŞ Minsk qrupunda bir qədər də aktiv fəaliyyət göstərəcək, neçə illərdir, həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsi öz həllini tapacaq, bu prosesdə status-kvo aradan qalxacaq və bu prosesə bir dinamizm gələcək. Biz bunu gözləyirik və ümid edirik ki, bu, belə də olacaq».
Prezidentin köməkçisi vurğulayıb ki, digər sahələr üzrə ABŞ-Azərbaycan münasibətləri davam edəcək və inkişaf edəcək.