vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 14 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
«Anlaşılmazlıq» 19:28 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1397 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Anlaşılmazlıq»

Etirazlardan sonra Türkiyədə cinsi zorakılıq barədə qanun layihəsi geri çağırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin baş naziri Binəli İldırım cinsi zorakılığa məruz qalmış şəxslərin təcavüzü edənlə evlənməsi şəraitində, təcavüzçünün cəzasının təxirə salınmasını təsbit edən yeni təklifi geri götürüb.

Hökumət bu addımı mübahisəli təklifin parlamentdə sonuncu səsvermə prosesinə getməsindən qabaq atıb.

Təklif etiraz aksiyaları və beynəlxalq tənqidlərlə qarşılanmışdı.

Tənqidçilər yeni qanunun cinsi zorakılığı qanuniləşdirəcəyini və uşaq evliliklərinin qarşısını açacağını deyib.

BMT orqanları təklifin ölkənin cinsi zorakılıq və uşaq evliliklərinə qarşı mübarizəsini zəiflədəciyini deyərək, hökuməti qanunu qəbul etməməyə çağırıb.

Hökumət deyir ki, qanunun məqsədi uşaqların və ya onların ailələrinin qərarı ilə uşaqlara evlənmiş kişilərə bəraət verməkdir.

Türkiyə qanunvericiliyində evlənmə yaşı 18-dən başlayır, amma kəbin bağlamaq şərtilə erkən nikahlar geniş yayılıb.


Nadir bir razılıq: BBC-nin Türkiyə müxbiri Mark Lovenin təhlili


Təklif burada nadir bir nəticə verdi: fərqli partiyalar yeni qanuna qarşı oldu. Qanunu təklif edən Ədalət və İnkişaf Partiyası (AKP) deputatları təklifin təcavüzçüləri əfv etməyəcəyini və məqsədinin sadəcə evlilik yaşına çatmamış qızlarla öz razılığı ilə evlənmiş kişilərə bəraət vermək olduğu deyib.

Tənqidçilərə görə, patriarxal Türkiyədə gənc qızların özləri barədə qərar vermək üçün imkanı yoxdur və buna görə də təklif cinsi zorakılığı legitimləşdirib uşaq evliliklərinı təşviqi ilə nəticələnə bilər. Amma prezidentin həyat yoldaşı daxil olmaqla mühafizəkar və adətən hökumət yönümlü qadınlar təklifə qarşı öz rəylərini bildirdikdən sonra, təklifin uğursuzluğu artıq qaçılmaz idi.

Uşaq evliliyi burada bir problemdir. Sabiq prezident Abdulla Gül 30 yaşında həyat yoldaşına onun 15 yaşı olarkən evlənib.

Amma qadın hüquqları təşkilatları həll yolunun mübahisəli qanun təklifləri ilə yox, qızlar üçün real imkanlar yaratmaqla tapılacağını deyir. Və onlar deyirlər ki, prezident Ərdoğanın uşaqsız qadınları «əksik» adlandırması daxil olmaqla, islamçı AK partiyası qadınların kişilərlə müqayisədə hüquqlarını məhdudlaşdırıb.

Bunun nəticəsi qadınlara qarşı təcavüzün artması olub. Misal üçün 2003 və 2010-cu il arası adam öldürülmə sayı 1,400 faiz artıb, amma başqaları bu artımın bir qismini eyni dövrdə hakimiyyətə verilmiş məlumatın artması ilə səbəbləndirib.

Baş nazir Binəli İldırım bildirib ki, təklifi geri götürməsinin səbəbi «geniş konsensusun» yaranması və «müxalifətçi partiyalara öz təkliflərinin hazırlamalar üçün» imkan verməkdir.

Müxalifətçi partiyalar təklifi dərindən tənqid ediblər.

Cümə axşamı ilkin oxunmada qəbul edilmiş təklif üçün sonuncu səsvermə çərşənbə axşamı baş verməli idi.

Ədliyyə naziri Bəkir Bozdağ təklifi müdafiə edərək deyib ki, «təklif təcavüzçülərə əfv qazanmayacaq... bu addım ölkənin bəzi bölgələrində olan problemli həll etmək üçün atılıb».

İyul ayında, Türkiyənin konstitusiya məhkəməsi cinayət məcəlləsində 15 yaşdan aşağı uşaqlarla cinsi əlaqələri cinsi zorakılıq kimi qiymətləndirən qanunu ləğv edib.

 

Türkiyədə uşaq evlilikləri

 

  • 2002-ci ildən indiyədək 18 yaşından gənc 440,000 qadın ana olub - onlardan 15,937-si 15 yaşından gənc olub.
  • Son on il ərzində uşaqlara qarşı təcavüz halları üç dəfə artıb və bu dövrdə evlilik yaşı çatmamış 438,000 qız evlənib.