Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
10:52 | 18 dekabr 2016 | Bazar
Məqaləyə 1360 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Türkiyənin Kayseri vilayətində törədilən terror aktında əlaqəsi olan daha 8 nəfər saxlanılıb. Bu barədə «Anadolu» xəbər verir. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb, 56 nəfər isə yaralanıb.
***
19:14 (17.12.2016)
Türkiyənin Kayseri şəhərində baş verən terror aktı nəticəsində şəhid olanların sayı 14 nəfərə çatıb.
«Hürriyet» xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb: «Yaralananlardan 12-si hazırda reanimasiyadadır. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır».
***
14:52 (17.12.2016)
Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.
«Milliyet» xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: «Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub».
Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: «Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun».
***
13:03 (17.12.2016)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
«Hürriyet» xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb.
***
11:03 (17.12.2016)
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.
«Hürriyet» yazır ki, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.
Məlumata görə, partlayış avtobusda meydana gəlib, yaralılar var.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.