İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
15:37 | 23 dekabr 2016 | Cümə
Məqaləyə 1225 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
«İsrailin Azərbaycana satdığı «Barak-8» (Azərbaycan adı «İldırım» – müəllif) yeni və müasir zenit-raket kompleksi artıq ölkəmizdədir. Bu silahın ötən gün yayılan fotolarını artıq hər kəs görüb».
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramov bildirib.
Y.Abramov sözügedən silahın verilməsinə görə İsrail dövlətinə də təşəkkür edib: «Mən bildiyim məsələdən danışıram, bilmədiyim məsələdən deyil. Nəyisə söyləyirəmsə, deməli, bildiyim məsələlər var, əldə etdiyim məlumatlar var. Mən bilirdim ki, belə faktlar var. İndi fotoları da yayıldı, hər kəs, bütün dünya da gördü».
Deputat deyib ki, İsrail Azərbaycanın strateji müttəfiqi olan dövlətdir: «Ona görə də İsrail bizim regionda gedən prosesləri görür, bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır və məsuliyyət daşıyır».
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanması məsələlərinə də toxunan Y.Abramov qeyd edib ki, bu, İranın köhnə siyasətidir: «Təbii ki, bu, İranın hər zamankı siyasətidir. Bunu Yevda Abramovun dilindən eşitməyin nə mənası var? Bunu mütləq mənim dilimdən eşitməlisiniz? İran mütləq bu cür etməlidir də! Çünki İranın siyasəti həm də İsrailə qarşıdır. İsrail Baş nazirinin Bakıya səfərindən sonra İran mütləq adekvat cavab verərək, Azərbaycan dövlətini qıcıqlandırmalı idi də! Ancaq biz özü siyasətimizi davam etdirəcəyik. Bizim İran və digər dövlətlərlə nə işimiz var! Bizim xarici siyasətimizin öz prioritetləri var. Cənab Prezident də bunları bəyan edib. Kim nə söyləyirsə, söyləsin. Biz kiminlə oturub-durduğumuzu yaxşı bilirik. Azərbaycan hər hansı ölkənin diktəsi ilə hərəkət etmir. Biz xarici siyasətimizi özümüz təyin edirik. Azərbaycan müstəqil suveren dövlətdir».