Bundan sonra isə sülh prosesidir
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
19:04 | 22 yanvar 2017 | Bazar
Məqaləyə 1227 dəfə baxılıb
Şriftin ölçüsü
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Bu dəfə ermənilər “savaş əti” olacaq?
Ukraynanın işğalında Rusiya ilə birlikdə Ermənistan da iştirak edir
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan Dağlıq Qarabağın son statusunun möhkəmləndirilməsini istəyir. Virtualaz.org «İnterfaks»a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan deyib.
«Bizim hədəfimiz Dağlıq Qarabağ sakinlərinin vasitəsi ilə Dağlıq Qarabağın son statusunun təyinidir. Heç kim qarabağlılara öz həyat şərtlərini diktə etmək hüququna malik deyil», - deyə S.Sərkisyan son aylarda tərxis olunmuş hərbi qulluqçularla görüşündə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın taleyini heç kim həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan.
«Mən demirəm ki, erməni xalqının iradəsinə əhəmiyyət verilməməlidir. Qətiyyən, çünki Ermənistansız, erməni xalqı olmadan Dağlıq Qarabağda yaşayanlar heç bir zaman bu problemi həll edə bilməyəcəklər. Amma bu o demək deyil ki, bunu onların əvəzinə biz etməliyik. Biz iradələrini reallaşdırmaqda onları dəstəkləməliyik. Əminəm, elə bir vaxt gələcək ki, Dağlıq Qarabağ problemi bu yolla həll ediləcək. Bizim üçün əhəmiyyətli olan Qarabağın statusunun təyinidir, elə bir status ki, Dağlıq Qarabağ xalqına öz torpaqlarında əbədi yaşamaq imkanı verəcək», - deyə S.Sərkisyan vurğulayıb.
O bildirib ki, münaqişənin nizama salınmasının Madrid prinsiplərinin birinci bəndində göstərilib ki, Qarabağın statusu Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməlidir.
O həmçinin qeyd edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda heç vaxt danışıqlar aparılmayıb.