Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
15:38 | 26 fevral 2017 | Bazar
Məqaləyə 2145 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İsrail ABŞ-la birgə istehsal etdiyi ən yeni «Tamir» raketi ilə təchiz edilmiş Hava Hücumundan Müdafiə (HHM) sistemi «Dəmir günbəz»in yenilənmiş variantını müvəffəqiyyətlə sınaqdan keçirib. Qeyd edək ki, Azərbaycanın da əldə etdiyi HHM sisteminin yeni raketinin sınaqlarının nəticələri bütün gözləntiləri üstələyib.
Virtualaz.org Amerika nəşri «Strategy Page»ə istinadən hələ 2017-ci ilin yanvarında yazmışdı ki, ABŞ İsrailin raket əleyhinə müdafiə sistemi «Dəmir günbəz»in üstünlükləri ilə maraqlanır. Nəticədə ABŞ «Dəmir günbəz»in təkmilləşdirməsinə 1 milyard dollar vəsait ayırdı. Bildirilirdi ki, bu investisiyalar Azərbaycan və ABŞ-ln sifarişçiləri olduğu həmin komplekslərin seriyalı istehsalını qaydaya salmağa kömək edəcək.
Və budur, «Dəmir günbəz» yenilənmiş sistemi göstərdi ki, amerikalılar tərəfindən qoyulmuş vəsait artıq özünü doğruldub. Yerli KİV-in bildirdiyi kimi, İsrail Amerika ilə birgə istehsal etdiyi ən yeni «Tamir» raketi ilə təchiz edilmiş «Dəmir günbəz»in yenilənmiş sistemini ölkənin cənubunda müvəffəqiyyətlə sınaqdan keçirib.
Sınaqlar İsrail Müdafiə Nazirliyi və «Rafael Advanced Defense Systems» konserni tərəfindən keçirilib. «Dəmir günbəz» poliqonda müxtəlif məsafələrdən buraxılmış bir neçə «Yer-Yer» raketini birdən vurub.
Yeri gəlmişkən, «Dəmir günbəz» təkmilləşdirməyə qədər də İsrail hərbi sənaye kompleksinin qüruru idi.
2009-cu ildən istismarda olan bu sistem özünü döyüşdə göstərə bilib. O, raketlərin trayektoriyasını tez müəyyən etmək üçün iki radardan istifadə edir, əgər raketin yaşayış olmayan əraziyə düşəcəyi məlum olursa onu vurmur. Lakin əgər kompüterlər göstərsə ki, raket yaşayış məntəqəsinə və digər vacib obyektə düşəcək, o zaman idarəedilən «Tamir» raketi sistemdən start götürür və hədəfi məhv edir. «Dəmir Günbəz» eyni vaxtda bir neçə yüz hədəfi izləyə bilir və bu da sistemi iqtisadi baxımdan effektli edir.
«Tamir» raketinin uzunluğu 3 metr təşkil edir, diametri 160 millimetr, kütləsi 90 kiloqramdır, raket məsafədən idarə olunan partladıcı ilə təchiz edilib. Bir batareya «Dəmir Günbəz» atəşin idarə edilməsi, RLS və 3-4 buraxılış qurğusuna malikdir. Hər qurğuda 20 raket var.
«Günbəz»lərin alınmasına hərbi cəhətdən inkişaf etmiş ölkələr, məsələn ABŞ və Cənubi Koreya maraq göstərirlər. İsraillilərin özlərini isə sistemin effektiv işi, necə deyərlər, «soyudur»: Qaz sektorundan açılan atəşlər zamanı ölkənin cənub hissəsindəki şəhərlərin bəzi sakinləri qaçıb sığınacaqlara girmək əvəzinə «raket tutanlar»ın işini videoya çəkirlər...