vaxtlı-vaxtında oxuyun! Bazar, 11 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
Abbas Lisaninin məhkəmə iclası keçirilib 18:12 | 8 mart 2017 | Çərşənbə Məqaləyə 1920 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abbas Lisaninin məhkəmə iclası keçirilib

Güneyli fəal özünümüdafiə mətnini türkcə yazıb...

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 7-də Meşginşəhr məhkəməsində tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib. Məlumata görə, fəal Meşginşəhrin Ümumi Məhkəməsində deyil, İnqilab Məhkəməsinin 1-ci Şöbəsində mühakimə edilib.

Sözdə bölücülük və pantürkizm ideyası ilə bağlı çıxış etdiyinə görə sistemin əleyhinə təbliğ etməkdə günahlandırılan fəal özünü müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılıb. Fəal irəli sürülən ittihamı növbəti dəfə rədd edərək özünümüdafiə mətnini farsca deyil, türk dilində yazıb və həmin dildə oxuyub. Hakim isə bu dəfə heç bir reaksiya vermədən türkcə yazılmış mətni nəzakətli şəkildə təhvil alıb və məhkəmə iclasını bağlı elan edib.

Bundan öncə A.Lisani həmin dosye ilə bağlı 2016-cı il dekabrın 27-də mühakimə edilib. Fəal, məhkəmə prosesi zamanı özünümüdafiə mətnini türk dilində yazdığına görə hakimin sərt etirazına səbəb olub, lakin öz mövqeyini sonunadək müdafiə etmişdir.

Tanınmış fəal 2016-cı sentyabrın 9-da meşginşəhrli milli-mədəni fəal Aydın Zakirinin toy mərasiminə qatılaraq gündəlik məsələlərlə bağlı çıxış etmişdir.

Xatırladaq ki, A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə uzun illər həbs olunub.