Xameneyi ölmədən məzara qoyulur
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Türk dünyasının bağrına sancılan duz xəncəri
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Tibbi məzuniyyətdə olan siyasi məhbus Abbas Lisani Urmiya gölünün acınacaqlı durumu ilə bağlı audio müraciət yayıb. “Urmiya gölünün qurudulması ilə Azərbaycan türk millətinə məxsus bir neçə əyaləti boş səhraya çevirirlər və bununla da milləti açıq şəkildə soyqırım etmək istədiklərini söyləmək olar.
Urmiya gölünün fəlakətinə gəlincə, gölün bu vəziyyətə gətirən bütün səbəblər və həmçinin proses ictimaiyyətin gözü qarşısındadır.
Urmiya gölünün qurudulması prosesi tamamilə gölü qurutmağa qərar verən siyasi iradəyə uyğundur. Eyni siyasi iradə Urmiya gölünün qurudulması prosesini öz siyasi maraqlarına uyğun həyata keçirir.
Bu maraqlardan biri də Urmiya gölünü qurudandan sonra onun minerallarını və faydalı qazıntılarını başqa yeraltı və yerüstü sərvətləri kimi talamaq, Azərbaycan xalqını günü-gündən yoxsullaşdırmaq və bununla da özlərinin mənfur istəklərinə çatmaqdan ibarətdir”, – müraciətdə deyilir.
Abbas Lisani bildirib ki, Urmiya gölünün quruması ilə Azərbaycanın türk xalqına məxsus bir neçə əyaləti boş səhralara çevirərək açıq şəkildə bu xalqı soyqırım etməkdir.
“Azərbaycan xalqı daha çox zülmə məruz qaldığı üçün reaksiyası daha şiddətli olacaq.
Heç kim müxtəlif vaxtlarda Azərbaycan xalqına qarşı qəddar və aqressiv siyasət yürütdüyünə görə sevinməməlidir. Azərbaycan xalqının torpağının səhralaşmasına yol verməkdənsə, zamanı gəldikdə bunu edənləri mənsub olduqları səhraya geri qaytaracağı gündən qorxun”.
Milli fəal Azərbaycan xalqın gördüyü zülmlər qarşısında susmayacağnı bəyan edib.
“Bu gün sakit görünməsinə baxmayaraq münasib zamanda partlayışa səbəb olacaq. Azərbaycan xalqı özünə layiq olan şəkildə tapdalanmış haqq və hüququnu əldə edəcək.
Ümid edirəm ki, fars hökuməti, şovinistləri və anti-türk təfəkkürlü cərəyanın ağlı başına gəlib bu ədalətsizliyə son qoyacaq. Əks halda millətin qəzəbi tanrının qəzəbindən daha şiddətli və qorxuludur, ayılın və özünə gəlin”, – deyə Abbas Lisani müraciətində bildirib.