
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Mayın 27-də Ərdəbil zindanında aclıq aksiyasına başlayan güney azərbaycanlı tanınmış milli-mədəni fəal Abbas Lisani aksiyasını davam etdirir.
Zindan məsulları aclıq aksiyasının 10-cu günündə olan fəalın tələbi və onun vəziyyətinə laqeyd yanaşır.
Abbas Lisani, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.
Fəalın yaxınlarının dediyinə görə, Abbas Lisaninin vəkili məhkəmə iclasından əvvəl onun mütaliə etməsi üçün dosyesinin xülasəsini zindanın katibliyinə təhvil verib. Lakin zindan məsulları, həbsxananın təhlükəsizlik bölümünün rəisi Surazərin göstərişi ilə həmin vərəqələri Abbas Lisaniyə təhvil verməkdən imtina edir.
Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.
Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 50 gündən çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Fəal saxlanmasını qanunsuzluq və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina edib.
Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.