
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Tanınmış güneyli fəal Abbas Lisani yanvar ayının 15-də Təbrizdə qatıldığı məhkəmə iclasının bitməsindən sonra həbs edilib. Milli fəalın aclıq aksiyası keçirdiyi və sağlıq durumunun yaxşı olmadığı bildirilir. Bir sıra müşahidəçilər Abbas Lisaninin həbsi ilə güneyli milli fəallara qarşı təqiblərin artması və həbs dalğasının başlaya bilməsi ilə bağlı narahatlıqlarını bildirir. Güneyli hüquq müdafiəçisi Məhsa Mehdili Abbas Lisaninin həbsi və durumu haqda danışıb.
Abbas Lisaninin keçən il may ayında İran Azərbaycanında tanınmış musiqiçi və müəllim Həsən Dəmirçinin Təbrizdə dəfn mərasimində söylədiyi nitqinə görə həbs edildiyi bildirilir. Məhsa Mehdili milli fəalın bundan əvvəllər də dəfələrlə həbs edildiyini deyib və onun son həbsinin qeyri-qanuni adlandırıb.
Məhsa Mehdilinin bildirdiyinə görə, Abbas Lisaninin ailə üzvləri ilə görüşməsinə imkan yaradılmır və onun durumu ilə bağlı ailəsinə məlumat verilmir. Onun sözlərinə görə, Abbas Lisani vəkillə təmin edilməyib.
“Abbas bəyin hüquqlarını müdafiə edəcək bir vəkil verməyib. Hətta ailəsi ilə görüşdürülmür. Yanvarın 15-dən sonra heç bir bilgi verilmir. Sadəcə deyilib ki, `biz Təbrizdə saxladıq, gətirdik Ərdəbilə və məhkəmədə həbs ediblər. Heç bir hökm olmadan, vəkil olmadan, ailəsi ilə görüşdürülmədən”.
Məhsa Mehdili milli fəalların İran Azərbaycanında Abbas Lisaninin müdafiə məqsədilə kampaniyaya başladıqlarını bildirib.
“İndi ciddi kampaniyalar başlanıb Güney Azərbaycan milləti tərəfindən, milli fəallar tərəfindən. Həm sosial mediada, həm şəhərlərin divarlarında əkslər, tablolar gəlir ki, “Biz hamımız Abbas Lisaniyik` və bu mənim diqqətimi çəkdi ki, Güney Azərbaycanının bir çox şəhərlərində də divarlara yazılıb: “Azərbaycanı müdafiəyə Abbas Lisanini buraxın, azadlığa buraxın”. Abbas Lisani həqiqətən bütün Azərbaycanın müdafiəçisidir və onu müdafiə etmək bizim borcumuzdur”.
Məhsa Mehdili milli fəallar arasında Abbas Lisaninin həbsindən sonra təqiblər və həbs dalğasının başlaya biləcəyi ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.
“Bizim hərəkatımız mədəni bir hərəkatdır. Amma rejimin qoyduğu təpki, verdiyi qarşılıq tamamilə qeyri-mədəni üsullara, insanlıqdan xaric bir qarşılıqdır və tamamən basqı üzərinə, şiddət üzərinədir. Çünki Abbas bəy neyləyib? Danışıb. Azərbaycanın haqlarından danışıb. Millətinin haqlarından danışıb və rejimin təpkisinə baxın”.