
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani yaxın günlərdə İranda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
«Yücə tanrının adı ilə
Böyük Azərbaycan ulusu və sarsılmaz beynəlxalq çalışqanlar
Bildiyiniz kimi, önümüzdəki günlər, ölkədə keçiriləcək seçkilər səbəbindən Güney Azərbaycanın ən önəmli və həssas günlərindən biridir.
Quşqusuz ki, keçmişdə olduğu kimi bu mərhələni da millətin ayıq-sayıq olan oğul və qızlarının ürək, söz və düşüncə birliyi ilə böyük nailiyyət əldə edərək atladacağıq.
Ancaq vurğulamasında yarar görülən bir neçə önəmli məsələ var.
Bildiyiniz kimi, Güney Azərbaycanda başdan-başa öz təsirini qoyan seçkilərə, Milli Hərəkətımızın müxtəlif qolları öz siyasət və tutumlarına uyğun olaraq yanaşmaqdadır, bu isə olduqca təbiidir. Ona görə ki, milli mənafeyimizin qorunması şərti ilə Hərəkatın içində milli haqları qorumağa çalışan müxtəlif qüvvələrin plüralizm və müxtəlifliyə dayanaraq dünyəvi çıxarları qorumaq hüququ vardır.
Bu gün bu cür davranış və tutumlar, bütün Güney Azərbaycanda yuxarıda qeyd olunan şərtlərin riayət edilməsi ilə keçərli ola bilər, təkcə bir bölgədən başqa. O həssas bölgə bütün Azərbaycanın göz bəbəyi olan Qərbi Azərbaycan bölgəsidir.
Son illərdə dünya qüdrətlərinə vasitə və maşaya çevrilən, Orta Doğuya yazılmış lakin kəsinliklə məğlubiyyətə uğrayacaq bir ssenari və layihənin uyğulanmasında istifadə olunan kürd terror qrupları, türk dünyasının önəmli nöqtəsi və qırılmaz zəncirin halqalarından biri olan Qərbi Azərbaycana dış qıcırdıblar.
İllər boyu köç və həddindən artıq doğub-törəmə siyasəti ilə Qərbi Azərbaycanın etnoqrafik durumunu dəyişmək istəyən, lakin artıq bunun nəticəsizliyini görən köçkün və mühacir kürdlər, yenə də millətimizin bəzi kəsimlərinin qonaqpərvərlik və mehriban baxış və davranışlarına və daha təhlükəlisi bölgədə hakimiyyət və sistemə bağlı ictimai, siyasi və mədəni sahədə təsir imkanına malik olan bəzi məsul şəxslərin milli mənafeyə uyğun olmayan yanaşmalarına göz tikiblər.
Bütün bunlara baxmayaraq bu gün Milli Hərəkat Güneyin bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da millət arasında danılmaz təsirə və nüfuza malikdir. Quşqusuz ki, o bölgədə özəlliklə qəhrəman Sulduz və Güney Azərbaycanın mədəniyyət paytaxtı olan Urmiyada bütün milli fəallar, o cümlədən təşkilatlar, cərəyanlar, tələbə hərəkatları, nəşriyyatlar, habelə Qərbi Azərbaycanda illər boyu milli düşüncəni yayan dolğun və dəyərli «Ağrı» nəşriyyatı və hörmətli şəxslərin yüksək iradəsi ilə bu tarixi və həssas çağda bütün ambisiyalar və fikir ayrılıqlarını bir yana qoyub düşmən gözü çıxardan bir birlik nümayiş etdirəcəklər. Batı Azərbaycandakı milli fəallar bilməlidir ki, bütün güney azərbaycanlıların gözü siz şərəfli oğul və qızlarımızın davranışındadır. Bizim Qərbi Azərbaycanda, xüsusi ilə də Sulduz və Urmiyada türk əhalisinin sayı ilə əlaqədar heç bir problemimiz yoxdur, lakin qayğı bundan ibarətdir ki, əhalinin səsi diqqətsizlik və qəflət üzündən lazımsız şəkildə hədər gedə bilər.
İnanırıq ki, həssaslıq hiss olunan şəhərlərdə bu önəmli tarixi dönəmi uduşla keçəcəyik. Oradakı milli fəallarımız bir araya gələrək tək yumruq olub, sağlam bir siyahı verərək həm azğın düşməni yerində oturdacaqlar, həm də millətimizin və gələcək nəsillərin qarşısında üzü ağ olacaqlar, əks halda... .» deyə Abbas Lisaninin yaydığı bəyanatda qeyd olunub.