Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
15:02 | 16 mart 2017 | Cümə axşamı
Məqaləyə 1305 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Martın əvvəllərindən başlayaraq Türkiyə bir sıra Avropa ölkələri ilə - Almaniya, Hollandiya və Avstriya ilə diplomatik gərginlik yaşadı. Buna səbəb Türkiyə iqtidarının planlaşdırılan konstitusiya referendumunda təşviqat aparmaq üçün Avropada yaşayan türklərin dəstəyini qazanmaq istəyi idi. Avropa ölkələri təbliğata etiraz edərək türkiyəli nazirlərin öz icmaları ilə görüşünə əngəl oldular.
Türkiyədə aprelin 16-da keçiriləcək referendumla nəzərdə tutulan dəyişikliklər Avropa ölkələrinin ciddi narazılığına səbəb olub. Belə ki, yeni konstitusiya prezident səlahiyyətlərini kəskin artıracaq, ona parlamenti buraxmaq, nazir və hakimləri təyin etmək səlahiyyəti verəcək, baş nazir postunu isə aradan qaldıracaq.
Ərdoğan dəyişikliklərin ölkənin inkişafını sürətləndirəcəyini, opponentləri isə demokratiyanı uçuruma aparacağını deyir. Bu fonda avropalı türklərin səsi çox önəmlidir. Belə ki, təkcə Almaniyada 1,4 milyon, Avstriyada 300 min və Hollandiyada 500 min şəxs Türkiyədəki parlament seçkilərində səs vermək hüququna malikdir. Avropa ölkələri referendum ideyasının demokratiyaya zidd olduğu fikrini dəfələrlə ifadə etdikləri üçün müxtəlif bəhanələrlə (aksiyalar zamanı təhlükəsizliyin qorunması problemləri) təbliğat-təşviqat tədbirlərini qadağan etdilər. Rəsmi Ankara Ərdoğanın simasında avropalıları faşizmdə və insan haqlarını pozmaqda ittiham etməklə, gərginliyi daha da artırdı.
Referendumla bağlı fikirlərin müxtəlifliyi təklif olunan dəyişikliklərə bir daha ətraflı nəzər salmağımıza şərait yaradır.
Beləliklə, referendum hansı dəyişiklikləri təklif edir?
- Prezident yalnız dövlət başçısı deyil, icraedici orqanın başına keçəcək
- Baş nazir postu ləğv olunacaq, əvəzində prezidentin təyin edəcəyi vitse-prezidentlər olacaq
- Sərəncamlar vermək, yüksək postlara təyinat aparmaq və fövqəladə vəziyyət elan etmək də prezidentin səlahiyyətində olacaq
- Prezidentin səlahiyyət müddəti 5 il olacaq. Bu posta ardıcıl 2 dəfə seçilmək mümkündür.
- Parlament və prezident seçkiləri eyni gündə keçiriləcək
- Prezidentin impiçment olunması üçün Böyük Millət Məclisinin deputatlarının 2/3-nin səsi lazım olacaq.
Konstitusiyaya «hə» deyənlərin arqumentləri
- Ərdoğan tərəfdarları qeyri-müəyyənlik dönəmində referendumun stabilliyi təmin edəcəyini düşünürlər.
- Onlar bunu 1980-ci ildə hərbi çevirilişdən sonra qəbul olunan referendumun modernləşdirilməsi adlandırırlar
- Dəyişikliklər dövlət qərarlarının verilməsi prosedurunu asanlaşdıracaq, prezident heç kəslə mübahisə etməyəcək.
«Yox» deyənlərin arqumentləri
- Ərdoğan hakimiyyəti daha sıx əlində cəmləşdirəcək və hakimiyyət bölgüsündəki balans pozulacaq
- Parlament simvolik rol oynayacaq
- Ərdoğan dövlət, hökumət və məhkəmə sistemi üzərində hakimiyyətini möhkəmləndirəcək.
16 aprel referendumunda «hə» səsi çıxarsa, Ərdoğan 2029-cu ilə qədər hakimiyyətdə qalacaq. Belə ki, dəyişikliklər yalnız 2019-cu ildə qüvvəyə minir.
İstənilən halda, referendum qəbul olunarsa, Türkiyənin Avropa Birliyinə daxil olmaq şansları da azalacaq.