ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
14:09 | 5 may 2017 | Cümə
Məqaləyə 2540 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan 3 mayda Soçidə görüşdülər. Tərəflər iki ölkə arasındakı əməkdaşlıq baxımından bu görüşün nəticələrini uğurlu sayıblar.
Birincisi, prezidentlərin əsas müzakirə mövzusu Suriya idi. Əldə olunan razılaşmaya görə, Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Putinin bu təklifini Ərdoğan bəyəndi. Yaxın müddətdə Suriyada təhlükəsizlik zonaları yaradılacaq. Hazırda bunun mexanizmləri Astanada bütün tərəflər arasında müzakirə olunur.
İkincisi, Rusiya Türkiyəyə C-400 raketləri satmağa qərar verib. Bu həm Türkiyə, həm də Rusiya üçün vacibdir. Rusiya tarixində ilk dəfə olaraq NATO üzvü olan ölkəyə silah satacaq. Türkiyə isə digər dövlətlərdən ala bilmədiyi müdafiə məqsədli raketləri Rusiyadan alacaq. Çünki NATO-ya üzv olan ölkələr tərəfdaşları Türkiyəyə müasir raketlər satmırlar.
Üçüncüsü, Rusiya və Türkiyə prezidentləri iqtisadi münasibətlərdəki embarqonu ortadan qaldırdılar. Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracına maneə yaratmayacaq. Türkiyə isə Rusiyadan taxıl alınmasıyla bağlı embarqonu ortadan qaldırdı. Türkiyə Rusiyadan taxıl alacaq. Yeganə Türkiyədən Rusiyaya ixrac olunan pomidorla bağlı razılaşma əldə olunmadı. Putin bunu belə izah etdi ki, Rusiyada pomidor istehsalçılarına kreditlər verilib və onlar məhsullarını satmalıdırlar. Ancaq Putin onu da vəd etdi ki, müəyyən zamandan sonra Türkiyə pomidorlarının ixracına şərait yaradılacaq.
Dördüncüsü, Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı tam gücüylə davam edir. Rusiya «türk axını» layihəsini reallaşdıracaq. Bu boru xətti ilə Rusiya qazı Qara dənizin dibi və Türkiyə üzərindən Avropanın cənubundakı ölkələrə çatdırılacaq. Digər tərəfdən Rusiya Türkiyənin Akkuyu ərazisində dəyəri 22 milyard dolar olan atom elektrik stansiyasını tikəcək.
Putinlə Ərdoğan arasındakı görüşdə həll olunmayan məsələlərdən biri kimi vizanı göstərmək olar. Rusiya vətəndaşları viza almadan 90 gün ərzində Türkiyədə qala bilərlər. Daha əvvəl bu 60 gün idi. Rusiya isə Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etmək istəmir. Putin sadəcə onu dedi ki, Rusiyada biznesi olan Türkiyə vətəndaşlarına uzunmüddətli vizaların verilməsi mümkündür.
Ərdoğan Putinlə görüşdə ona rusiyalı hərbçilərin Suriyada silahlı kürdlərlə şəkillərini təqdim etdi. Ərdoğan Putindən onu istəyir ki, Rusiya hərbçiləri Suriyada silahlı kürdlərlə əməkdaşlıq etməsinlər. Putin cavabında Ərdoğana deyib ki, Türkiyəyə narahatlıq yaradacaq addımlar atmayacaq. Ancaq Kremlin Suriyada silahlı kürdlərə, faktiki isə PKK kimi terrorçu təşkilata bağlı olan YPG və PYD ilə əlaqələrini kəsəcəyinə təminat yoxdur. Çünki ABŞ hərbçiləri də bu qruplaşmalarla əlaqələrini gücləndirirlər. Kreml isə istəmir ki, YPG və PYD tamamilə ABŞ-ın nəzarəti altına keçsin. Ona görə də YPG və PYD-nin simpatiyalarını qazanmaq uğrunda Rusiya ilə ABŞ arasında yarış gedir. Sadəcə, bu yarışda ABŞ və Rusiya Türkiyənin maraqları əleyhinə addım atmış olurlar. Təsadüfi deyil ki, Ərdoğan Rusiyadan sonra ABŞ-a səfər edəcək və PYD ilə YPG-ə əlaqələrin zərərli olması məsələsini Vaşinqtonda prezident Donald Trampla görüşdə qaldıracaq.
Azərbaycanda ən çox müzakirə olunan sual budur: Rusiya və Türkiyə prezidentləri Soçidəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini niyə müzakirə etmədilər?
Türkiyənin və Rusiyanın əsas gündəm mövzusu Suriyadır. Çünki bu ölkədə müharibə gedir və bu müharibə həm Rusiyanın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına toxunur. Ona görə də prezidentlər Suriya mövzusunun müzakirəsinə daha çox vaxt ayırırlar. Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində atəşkəs intensiv pozulsa da, müharibə yoxdur. Ona görə də bu məsələ nə Moskvanı, nə də Ankaranı ciddi narahat edir.
Doğrudur, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı dostu Vladimir Putinin Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsini istəyir və bu mövzunu tez-tez Rusiya prezidentinin diqqətinə çatdırır. Ancaq çox təəssüf ki, Putin Ərdoğan qədər Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Ona görə də Ərdoğan razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə Putinlə geniş müzakirə açmaq istəməyib.