vaxtlı-vaxtında oxuyun! Cümə, 22 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
Türkiyədə «Kürdüstan» qurdular 14:26 | 4 yanvar 2014 | Şənbə Məqaləyə 2017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə «Kürdüstan» qurdular

Təsisçi Məhəmməd Əmin Qardaşdır

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Cümhüriyyətində ilk dəfə «Kürdistan» adı siyasi partiya quruldu. milliyet.com.tr-nin verdiyi məlumata görə, hökumət Kürt reformunu müzakirə edərkən «Kürdistan» partiyasının qurulduğunu elan edib.

Kürdüstan Demokrat Partiyası -Türkiyə (kürdcə: Partiya Demokrata Kürdistan-Türkiye) adlı partiyanın qurucu başqanı Məhəmməd Əmin Qardaş (Mehmet Emin Kardeş) partiyanın təsis olunması haqda sənədləri, digər 35 qurucu ilə birlikdə Daxili İşlər Nazirliyinə təqdim edib.
M. E. Kardeş partiyanın proqramının açıq, şəffaf və leqal olduğunu və demokratik yolla mübarizə aparacaqlarını söyləyib: “Yüz illərdir kürdlər haqq mübarizəsi aparır. İlk dəfə Kürdüstan adı ilə partiya qurduq. Biz bunu qanuni haqqımız olaraq görürük”.
PDK-T Partiyasının logosu yaşıl, sarı və qırmızı rənglərdən ibarətdir. Logoda yaşıl qarlı dağlar arxasında sarı günəş təsvir edilib. Arxa fonda isə "Partiya Demokrata Kürdüstan Türkiyə" yazılıb.