vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
16:15 | 18 may 2017 | Cümə axşamı Məqaləyə 1565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Utanmadınız?»

Bakıda «+18» sərgisini təşkil edənlər məhkəməyə veriləcək

Bakıda «+18» sərgisinin təşkilatçıları və rəssamla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bunu aznews.az-a Azərbaycan Uşaqlar Birliyini sədri Kəmalə Ağazadə paytaxtda keçirilən qız kuklalarından ibarət «+18» sərgisinə münasibət bildirərkən deyib. O bildirib ki, qanunla belə bir sərginin keçirilməsi üçün lazımi qurumlardan icazə alınmalıdır: «Mən anlaya bilmirəm, kuklalardan ibarət sərginin keçirilməsində məqsəd nədir? Biz tədbirlər, seminarlar keçirəndə nə böyüklükdə mərhələlərdən keçirik, lazımi qurumlardan icazələr alırıq. Belə bir sərginin keçirilməsi üçün icazə alınıb? Ümumiyyətlə, bu sərginin məqsədi nədir? Nəyi təbliğ edirlər? Hansısa bir fahişə qadının keçmişini? Bu, nə rəzalətdir, nə biabırçılıqıdır? Uşaqları düşünün. Uşaqların oyuncaqları ilə siz nə edirsiniz? Oyuncaqlar üzərində nümayiş etdirdiyiniz bu obrazlar psixoloji problemi olan uşaqlara mənfi təsir edir. Ən əsas odur ki, bunu uşaqlar görəcək».

Kəmalə Ağazadə qeyd edib ki, bu sərgi Rusiyada keçirilib və böyük narazılığa səbəb olub: «Utanmadınız ondan? Gördünüz ki, orada niyyətiniz baş tutmur, Azərbaycanda həyata keçirməyi planlaşdırdınız? Bəyəm Rusiyada olanlar bu rəssama dərs olmur? Sən nəyi əldə etməyə çalışırsan? Bir azərbaycanlı olaraq nəyi təbliğ eləmək istəyirsən? Bu, belə qala bilməz. Uşaqların oyuncaqları kimlərinsə pis niyyətinə çevrilə bilməz. Onlar cavab verməlidir».

Kamalə Ağazadə bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edəcəyini vurğulayıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *