vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 26 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0771 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3749 AZN
Türk lirəsi 1 TRY = 0.4159 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:50 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

28 nəfəri SOCAR-a işə «düzəltdi», ...

... pullarını mənimsədi; misli görünməyən dələduzluq

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Tora düşənlərin hamısı SOCAR-a işə düzəlmək istəyənlər olub. Onları «işə düzəldənlər»in isə yüksək rütbəli məmurların qohumları olduğuna inanan qurbanların sayı 28 nəfərdir. Bakı Ağır Cinayətlər Məhkəməsində bir qrup vətəndaşı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı altında dələduzluq etməkdə ittiham olunan 37 yaşlı Bakı şəhər sakini Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Samirə Nəsirova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Elçin Əsədov və şəxsiyyəti istintaqa məlum olmayan Vüsal Məhərrəmov adlı şəxslərlə əlbir olaraq mütəşəkkil dəstə yaradıblar.

Cızdıqları planı həyata keçirmək üçün dəstə üzvü E.Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu, «SOCAR» şirkətinin işçisi kimi təqdim edərək, söhbətlər aparıb inandırmaqla, dəstənin digər üzvü Vüsal Məhərrəmovu isə «SOCAR» şirkətinin kadrlar idarəsinin əməkdaşı kimi təqdim edib. Onlar zərərçəkmişləri aldadaraq yüksək əməkhaqqı ilə işə düzəldəcəklərini vəd etməklə pullarını alıblar.

Təqsirləndirilən şəxs qismində dindirilən Samirə Nəsirova ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

 

«Tanış ol, spikerin qardaşı oğludur»

 

Ötən ilin sentyabr ayında Gəncə şəhərində «İmamzadə» məscidinin mollası Rauf Axundovla, onun ailəsi ilə tanış olan S.Nəsirova Bakıya qayıtdıqdan sonra R.Axundovun qaynı, ikinci qrup müharibə əlili olan, yarımçıq bağçada məskunlaşan Ramiz Quliyevin evinə gedib, onları ev növbəsində qabağa sala biləcəyini, Binəqədi rayonundan 3 otaqlı ev təşkil edəcəyini vəd verib. Bu işdə guya qohumu - Bakı şəhər Baş polis idarəsinin rəisi Mirqafar Seyidovun kömək edəcəyini söyləsə də, 4 min manat pul vermək lazım olduğunu deyib. R.Quliyev imkanı olmadığını dedikdə «pulu nə qədər tez versəniz, məsələ də bir o qədər tez həll olunacaq» cavabı alıb. Elə həmin gün axşam saatlarında xalası oğlu Elçinlə birlikdə yenidən R.Quliyevin evinə təşrif buyurub. Ev sahibinə Elçini spiker Oqtay Əsədovun qardaşı oğlu kimi təqdim edib, bu işi birlikdə görəcəklərini deyib. Sosial Müdafiə Fondu tərəfindən onlara ev veriləcəyini də vəd edib.

Zərərçəkmiş qismində dindirilən Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, DİN-in Şuşa polis batalyonunun polis nəfəri, hazırda təqaüddə olan Ramiz Quliyev onu tora salanların bu günə kimi də dələdəzluq yolu ilə ələ keçirdikləri pulları qaytarmadıqlarını deyib: «Bizə gələndə yaşayışımın çətin olduğunu, 30 kv.m-lik bir mənzildə yaşadığımızı görüb «Qarabağ əlili bu cür yaşaya bilməz» dedi. Binəqədi Rayonu Icra Hakimiyyətində və Sosial Müdafiə Fondundakı tanışları vasitəsilə bizim ev məsələsini həll edəcəyini, qohumu Mirqafar Seyidovun da bu işdə köməklik göstərəcəyini deyirdi. Məndən 4 min manat istədi, pulun müəyyən adamlara çatacağını söylədi. Samirə sonradan adını bildiyim Elçin adlı şəxslə bizə gələndə onu spiker Oktay Əsədovun qardaşı oğlu kimi təqdim etdi. Əlil dostlarım Seyid və Saşadan borc pul tapıb Samirəyə verdim. Sonradan Samirədən şübhələnməyə başladım. Bu günə kimi də pullarımı geri qaytarmayıb».

Təqsirləndirilən şəxs zərərçəkmişin yalan danışdığını, pulları ona deyil, Elçinə verdiyini bildirib: «Düz danışmır. Mirqafar Seyidov ev verəndir? Mən o pulu almamışam».

 

Üzə çıxan yalanlar

 

SOCAR-a işə düzələcəyi adı ilə aldadılan zərərçəkmişlərin pulları alındıqdan sonra onlara sənəd toplamaq, işə başlamaq üçün bir qədər gözləmək lazım olduğu deyilib. Vədlərin yerinə yetirilmədiyini görüncə isə bir çoxları işə düzəlmək istəməyərək pullarını geri tələb ediblər. Yalanlar bir-bir üzə çıxınca S.Nəbiyeva «qurbanlar»ını Dəmir Yol Vağzalına yığaraq onlarla orada görüş keçirib. Bir qədər sonra SOCAR-ın İmtahan Komissiyasının «sədri» - Kamran müəllim də gəlib çıxıb və onları sakitləşdirərək işlərinin düzələcəyini vəd edib, ertəsi gün «Azəriqaz»ASC-nin qarşısına gəlmələrini, onları orada gözləyəcəyini deyib. Zərərçəkmişlər adıçəkilən quruma getdikdə Kamran «müəllim»in orada işləmədiyini öyrəniblər. Bundan qəzəblənərək birbaş S.Nəbiyevanın evinə gəliblər. O isə öz növbəsində «narahat olmayın, buna görə mən də məsuliyyət daşıyıram, sabah hamınızın pullarınızı qaytaracağıq» deməklə onları H.Z.Tağıyev qəsəbəsinə - «Azəriqaz»ASC-nin H.Z.Tağıyev qəsəbəsindəki bölgə idarəsinə gəlmələrini və pullarını götürmələrini tapşırıb.

 

«Samirənin bizi pulları qaytarmağa deyil, «razborka»ya çağırdığını öyrəndik»

 

Zərərçəkmiş Hüseyn Həsənli ifadəsində Samirə Nəbiyevanın onu SOCAR-a sürücü düzəldəcəyini vəd etdiyini, aldığı pulları geri qaytarmadığını deyib: «Samirəni Rauf Axundovun vasitəsilə tanımışam. Rauf işsiz olduğumu bilirdi. Məni onunla tanış etdi, «Ata yolu» qəzetində redaktor işlədiyini dedi. Samirəyə zəng vurduqda sağlamlıq haqqında arayış, şəxsiyyət və sürücülük vəsiqələrinin surətini, həmçinin 1200 manat pul gətirməyimi istədi. Pulu gətirib Samirəyə verdim, qeydiyyata salan kimi işə çıxacağımı dedi, sənədləri isə SOCAR-da kadrlar şöbəsinin rəisi olan Vüsal adlı şəxsə verməyi tapşırdı. Vüsala zəng vuranda, adam göndərəcəyini dedi. Raufun qardaşı Bəxtiyarla Vüsalın dediyi adamın – Elçinin yanına gəldik, sənədləri ona verdik. Hər dəfə zəng vuranda bir bəhanə ilə işi uzadırdılar. Aprelin 1-də digər işə düzəlmək istəyənlərlə birlikdə işə başlayacağımızı söylədilər. Bu dəfə də guya SOCAR-ın imtahan komissiyasının sədri Kamran müəllimin məzuniyyətdə olduğunu bəhanə etdilər. İşə düzəlmək istəyənlərin bəziləri Samirə ilə əlaqə saxlayaraq pullarımızı verməsini tələb etdik. Samirəyə dedim ki, əlimizdə səs yazıları, şəkillər var, pullarımız qayıtmasa, polisə müraciət edəcəyik. Məndən başqa 15 nəfərin də işə düzəltmək adıyla pulunu almışdı. Bizə sabah Tağıyev qəsəbəsinə gəlib pulları götürməyi tapşırdı. Daha sonra Samirənin bizi həmin yerə pulları qaytarmağa deyil, «razborka»ya çağırdığını öyrəndik. Ona görə də, DİN-in 102 xidmətinə zəng vurub məlumat verdik. Bu günə kimi də pulumu geri qaytarmayıb».

 

«Məni FHN-ə rabitəçi düzəldəcəyini deyirdi»

 

Zərərçəkmiş İldırım Şükürov ikinci qrup müharibə veteranı olduğunu, Rauf Axundovun vasitəsilə Samirə Nəsirovanı tanıdığını, SOCAR-a işə düzəlmək istədiyini deyib: «Samirəni «İmamzadə» məscidinin mollası Rauf Axundovun vasitəsilə tanımışam. Biz məsciddə olanda Samirə də ora gəlmişdi. Özünü baş redaktor, «Qızıl əllər» mükafatçısı kimi təqdim etdi. Rauf dedi ki, SOCAR-a Samirənin köməkliyi ilə işə düzəlmək olar. Soruşdum ki, əlillərə də iş varmı? Əvvəlcə «yox»dedi. Ona görə də, yaxın dostum Səbuhi Məmmədovu işə düzəltmək istədim. Fikirləşdim ki, pul tapıb verək, sonra işləyəndə qaytarar. Çünki neçə vaxt idi evinə çörək apara bilmirdi, hər gün 2-3 manat biz köməklik edirdik. Səbuhinin işə düzəlməsi üçün pulunu mən borc tapıb vermişəm. Samirə dedi ki, 20 günə həll olunacaq. Hətta mənə də dedi ki, təzə qərar var, əlilləri də işə götürürlər. Məni Fövqəladə Hallar Nazirliyinə rabitəçi kimi işə düzəldəcəyini bildirdi. Amma o iş də düzəlmədi. Məndən aldığı 1300 manat pulu isə bu günə qaytarmayıb».

 

«SOCAR-da iş çoxdur, adam tapın gətirin»

 

Zərərçəkmiş qismində dindirilən Ədalət Hüseynov ifadəsində S.Nəsirovanın onu SOCAR-a sürücü düzəldəcəyini vəd etdiyini deyib: «Samirəni Gəncədə Raufun vasitəsilə tanımışam. «İmamzadə» məscidinin yanında işə üzəlmək üçün 1000 manat pul da vermişdim. Samirə deyirdi ki, SOCAR-da iş yeri çoxdur, çoxlu adam toplayın, hamınızı işə düzəldəcəyəm, hamınız 1200 manat maaş alacaqsınız. Mən də tanışlarım Cəmaləddin, Rafiq, Elşən və Rövşənə də dedim. Onlar da pul verdilər. Bu günə qədər də pullarımızı qaytarmayıb».

Gəncə şəhərindən olan digər zərərçəkmişlər - Camal Nəsirov, Alı Əmirov və Yaqub Əkbərov da eyni üsulla aldanılıb.

Məhkəmə prosesi oktyabrın 12-də davam edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *