vaxtlı-vaxtında oxuyun! Bazar, 20 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNEY  
20:14 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 973 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

… Bayraq dirəyinə zəncirlənərək cəzalandırılıb

Ərdəbildə zindanında yatmaq üçün yer tapa bilməməsinə etiraz edən məhbus...

MÖVZU İLƏ ƏLAQƏLİ

HRA agentliyi Ərdəbil Mərkəzi Zindanında məhbusların əl-ayaqları qandallı şəkildə bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına dair məlumat yayıb.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin xəbərinə görə, bu cəzalandırma forması Ərdəbil zindanında artıq ənənə halı alıb.

Bu günlərdə oğurluq ittihamı ilə 3 il həbsə məhkum olmuş Behnam Əmirinin soyuq havada əl-ayağı qandallı şəkildə zindanın həyətindəki bayraq dirəyinə zəncirləndiyi bildirilir.

Saxlanıldığı kamerada yatmaq üçün yer tapa bilməyən məhbus bu duruma etiraz etməsi səbəbilə cəzalandırılıb.

HRA bundan əvvəl də bir neçə məhbus o cümlədən, Afşin Zeynali, Abbas Əlipur və bəluç azlığına mənsub siyasi məhbus Məhəmməd Sabir Məlik Rəyisinin həmin dirəyə zəncirləndirildiyini bildirib.

Bəluç məhbus bir müddət öncə «Ərdəbil soyuğunda 14 saat bayraq dirəyinə zəncirlənərək cəzalandırıldığına» dair prezident Ruhaniyə açıq məktub ünvanlayıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *