
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Ərdəbil şəhərinin Azadeqn küçəsində yerləşən Miyqat orta məktəbinin müdiri şagirdlərə qarşı zorakılıq edib. Buna səbəb bəzi şagirdlərin səhər mərasimi zamanı məktəblərdə hökumət lehinə səsləndirilən şüarlardan fərqli və hökumət əleyhinə şüar vermələri olub.
Məktəb müdiri şagirdlərdən bəzilərini sıradan çıxararaq aşağılayıb və onları döyüb.
Məktəblərdə hökumət tədbirlərini boykot edən şagirdlərə qarşı zorakılıq edilməsi və onların dərslərdən qovulması ilə bağlı yüzlərlə fakt mövcuddur.
Bir müddət bundan öncə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası təhlükəsizlik, hərbi və mülki geyimli qüvvələrin məktəblərə daxil olmasını” “məktəblərin və təhsil məkanlarının şəxsi toxunulmazlığının pozulması” və “sistemli repressiya” kimi qiymətləndirib, bunu pisləyib.
Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.
Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib, Aytək Mikayili və Hana Duzduzani adlı qız şagirdlər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.