vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
11:49 | 26 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 1302 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arktikada dəniz buzları gözlənildiyindən daha sürətlə əriyir

Şimal Buzlu Okeanda yayların buzsuz keçməsi qlobal hava şəraitlərini dəyişəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Çərşənbə axşamı Kalqari Universitetinin yaydığı yeni araşdırmanın nəticələrinə əsasən, Şimal Buzlu Okeanda dəniz buzları təxmin edildiyindən daha sürətlə əriyir, çünki buzların üzərindəki duzlu qar peyk ölçülərinin dəqiqliyinə təsir göstərir.

Kanadada yerləşən Kalqari Universitetinin Kriosfer İqlim Araşdırma Qrupu «Geophysical Research Letters» adlı elmi jurnalda çap etdiyi hesabatda mövsümi dəniz buzlarının qalınlığının peykdən alınan ölçülərinin onların həqiqi ölçülərindən 25 faiz böyük göstərildiyi qeyd edilib.

Araşdırmanın baş müəllifi Vişnu Nandanın bildirdiyinə görə isə bu o deməkdir ki, Şimal Buzlu Okeanda buz bəzi elmi proqnozlardan daha tez əriyə bilər. Həmin proqnozlara əsasən dənizdəki buzların ilk dəfə 2040-2050 illər arasında yay aylarında tamamilə əriyəcəyi güman edilir.

Şimal Buzlu Okeanda yayların buzsuz keçməsi qlobal hava şəraitlərini dəyişəcək. Belə ki, böyük fırtınaların miqyası artacaq və onlar daha tez-tez baş verəcək, Artikadakı dəniz ekosistemi dəyişəcək və beləcə qütb ayıları kimi heyvanların ov ovlamaları çətinləşəcək.

Arktikada dəniz buzlarının artan qlobal temperaturlar nəticəsində nə zaman əriməyə başlayacağı ilə bağlı bir sıra proqnozlar var. Kalqari Universitetinin apardığı araşdırmada isə indiyədək qeydə alınan peyk görüntüləri sual edilir.

«Problem ondadır ki, peykdən alınan mikrodalğa ölçülər duzlu qardan yaxşı keçə bilmir, ona görə də peyk dəniz buzunun fribordunu düzgün ölçmür və bu səbəbdən də buzun qalınlığını olduğundan çox hesablayır», deyə Nandan bildirir.

Dəniz buzunun fribordu dəniz səviyyəsinin üstündə görünən buzdur. «Bizim nəticələr göstərir ki, bundan sonra Arktikadakı mövsümi buz fribordlarının peykdən alınan ölçülərində qarın şoranlğı nəzərə alınmalıdır», tədqiqatçı Con Yakel deyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *