vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:39 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 1258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Günahkar Günəşdir»

Ekspertiza üzü yanmış qadın barəsində qərar çıxardı, şikayətçi məhkəməni fırıldaqçılarla əlbir olmaqda suçladı

Gülnar ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə ay əvvəl «VİP STYLE» özəl tibb mərkəzində üzü kimyəvi dərmanlarla yandırılan Səidə Əliyevanın Nərimanov rayon prokurorluğuna etdiyi müraciət rədd edilib. Səbəb isə zərərçəkmişin iştirakı olmadan keçirilən ekspert komissiyasının ədalətsiz qərarıdır.

Bu barədə virtualaz.org-a S.Əliyeva məlumat verib. Onun sözlərinə görə, özünün xəbəri olmadan keçirilmiş ekspert komissiyasının qərarından təsadüfən xəbər tutub: «Vəkilim prokurorluğa zəng edərək işlə maraqlanmaq istəyib. Bu zaman ona bildiriblər ki, həmin iş oktyabrın 2-də rədd edilib. Mən isə bundan oktyabrın 18-də xəbər tutmuşam. Əslində, mənə bununla bağlı poçt vasitəsilə məlumat verilməli idi, lakin heç kim bu məlumatı verməyib. Sənədlərimi almaq üçün prokurorluğa getdim və işin niyə rədd olunmasını öyrənməyə çalışdım. O zaman məlum oldu ki, sən demə, məndən xəbərsiz Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya ETT Birliyində ekspertiza keçirilib. Sənəddə isə ekspertizanın mənim iştirakımla keçirildiyi qeyd olunub. Müəyyən edilib ki, mənim üzümdə yaranan ödem, ikincili hiperpiqmentasiyanın ekspertizaya təqdim edilən dərmanlarla əlaqəsi yoxdur, üzümün bu vəziyyətə düşməsinə səbəb «günəş altında olmağımdır», - deyə S.Əliyeva bildirir.

Şikayətçi deyir ki, ekspertizanın tələsik çıxardığı qərar həm də ona görə şübhə doğurur ki, orada zərərçəkmişin köhnə rekvizitləri qeyd olunub: «Mən şikayət ərizəsini iyulun 4-də yazmışam. Sonra təzə evə köçdüyümdən artıq 13 iyulda şəxsiyyət vəsiqəmi də dəyişmişəm. Elə buradan görünür ki, məhkəmə tibb ekspertizası «VİP Style» ilə əlbir iş görüb. Klinika ilə müqavilə bağlayarkən köhnə şəxsiyyət vəsiqəm qeyd olunub. Ekspertizanın aktı hazırlanarkən yeni şəxsiyyət vəsiqəsi almağımdan bir aydan çox vaxt keçməsinə baxmayaraq rəydə köhnə vəsiqə göstərilir», - deyə şikayətçi qeyd edir.

Şikayətçi deyir ki, onu ekspert komissiyasının üzvlərindən yalnız bir nəfər - Dəri-Zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılov müayinə edib. Amma bu müayinə komissiya ekspertizası təyin olunandan xeyli əvvəl – iyulun 21-də keçirilib. O, S.Əliyevaya «məlhəmlərin üzə sürtülməsi və fitoterapiyanın tətbiqindən sonra ödem, eritema, və ikincili hiperpiqmentasiya» diaqnozu qoyub. Həmin sənəd və komissiyanın tərtib etdiyi akt arasında da uyğunsuzluq var.

Digər tərəfdən isə, komissiyanın qərarından asılı olmayaraq tərtib olunan aktda bütün üzvlərin imza atmaları tələb olunur. Əgər bu yoxdursa, həmin sənəd öz hüquqi qüvvəsini itirir. Ekspert Komissiyasının tərtib etdiyi aktda da dörd komissiya üzvündən biri, dərini müayinə edən R.İsmayılov imza atmayıb.

«Mənim komission məhkəmə ekspertizasının hazırladığı aktda qoyulan suallara da etirazım var. Bəlkə də, üzümdə istifadə edilən kosmetik vasitələr yaxşıdır, bəlkə də, ondan İsraildə istifadə eləmək mümkündür, amma Azərbaycanın iqlimi fərqlidir, bizdə qadınların hormonları fərqlidir. Məni narahat edən bu kosmetik vasitələrdən istifadəyə Səhiyyə Nazirliyinin icazə verib-verməməsidir. Bu məhsullar Azərbaycana necə gətirilib? Kosmetoloji prosedur edən şəxslərin müvafiq sertifikatları varmı? Mən ekspertiza üçün verdiyim kosmetik vasitələrin üzərindən demək olar ki, heç bir nümunə götürüldüyü hiss olunmur. Necə vermişəmsə, elə də qayıdıb, mənə elə gəlir ki, heç nə istifadə etməyiblər», - deyə şikayətçi deyir.

Səidə Əliyeva ekspertizanın çıxardığı ədalətsiz qərarının ləğv edilməsini, işə prokurorluqda yenidən baxılmasını istəyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *