vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9330 AZN
Rusiya rublu 1 RUB = 0.0247 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1681 AZN
Türk lirəsi 1 TRY = 0.2520 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TÜRK DÜNYASI  
12:13 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 315 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Münasibətlərimiz bütün sahələrdə inkişaf edir”

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Prezident İlham Əliyevin Ankaraya səfərini şərh edib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Türkiyə və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf edir, qardaş ölkənin Prezidenti İlham Əliyevin Ankaraya səfəri də bunun təsdiqidir”.

Vaxt.az xəbər verir ki, bu sözləri “Trend”ə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox səmərəli və vacib oldu:

“Qardaş ölkənin Prezidenti İlham Əliyev aprelin 11-i təkrar dövlət başçısı seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etdi. Türkiyə və Azərbaycan dövlət başçılarının seçkilərdən sonra bu cür səfərləri ənənəyə çevrilib”.

N.Ünüvarın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə möhkəm əlaqələr var:

“Bununla yanaşı, iki ölkənin xalqları bir-birinə çox yaxındır. Birgə mətbuat konfransı zamanı prezidentlər Bakı ilə Ankara arasında münasibətlərin vacibliyini vurğulayıb”.

N.Ünüvar əlavə edib ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bu ölkəyə dəstək olub:

“Çevriliş cəhdi zamanı, parlament atəşə tutulanda Türkiyəyə ilk zəng edən Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın digər şəxsləri olub”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *