vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
12:35 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 2477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Neftçi”yə yeni sponsor

Klubun bazası Türk Hava Yollarının adını daşıyacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Türk Hava Yolları (THY) “Neftçi”yə sponsorluq edəcək. Bu nəhəng şirkətlə Bakı klubu arasında iyunun əvvəlində niyyət protokolu imzalanıb.

Futbolinfo.az xəbər verir ki, iyulun əvvəlində müqavilə rəsmiləşəcək və Türk Hava Yolları paytaxt təmsilçisinə sponsorluq edəcək. Klubun təlim-məşq bazası bu şirkətin adının daşıyacaq, qarşılığında vəsait ödəniləcək.

Çoxdan Azərbaycan bazarına girmək istəyən bu şirkət vaxtilə “Qəbələ”ylə əməkdaşlıq etməyə çox yaxın idi. Son anda bölgə klubu 300 minlik razılaşamadan imtina etdi.

Elə “Neftçi” də icraçı direktor Elnur Məmmədovun vaxtında bu şirkətlə görüşlər keçirmişdi. Dünyanın məşhur hava yolları şirkətlərindən sayılan THY-nin Bakı ofisinin rəhbəri Seyfulla İlyas klubun inzibati binasında gələcək əməkdaşlıq planlarını müzakirə etmişdilər.

“Neftçi” anlaşmaya görə fantastik məbləğ qazanmayacaq, lakin əla marketinq gedişi bu planda sonrakı addımlar üçün ilkin həmlə rolunu oynayacaq. 350-400 manatlıq əməkdaşlıq müqaviləsi bağlanması təxmin edilir. Bütün təfərrüatlar isə iyulun əvvəlindəki rəsmi imza mərasimində açıqlanacaq. O zaman THY-nin rəhbərliyi ölkəmizə səfər edəcək.

Qeyd edək ki, THY 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir. “Barselona”, “Mançester Yunayted”, “Şaxtyor” (Donetsk) kimi nəhəng klublara sponsorluq etmiş “Türk Hava Yolları” hazırda “Borussiya” (Dortmund) və “Marsel”lə əməkdaşlıq edir. Şirkət Türkiyənin 4 böyük klubu - “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Trabzonspor”la da əməkdaşlıq edir. Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudur.