vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:06 | 31 yanvar 2019 | Cümə axşamı Məqaləyə 856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamımızın adından - Rəsulzadəyə!

Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda

İlqar KAMİL

MÖVZU İLƏ ƏLAQƏLİ

Maarifçilər niyə bu qədər yazıb-pozur, əlləşib-vuruşur, xalqlarını xoşbəxt görmək istəyirlər? Məsələn, elə sosial şəbəkələrdə aktiv olan ziyalılarımız, niyə havayı-kalan belə canfəşanlıq edirlər? Çünki onlar yaxşı başa düşürlər ki, xoşbəxt yaşamağın yolu xoşbəxt cəmiyyətdə yaşamaqdan keçir – tək xoşbəxt olmaq olmur.

Bu, məsələnin bir tərəfidir, başqa bir tərəfi isə odur ki, gərək düzünü deyəsən, maarifçilik işi ləzzətlidir, qəşəngdir, mənalıdır. Xüsusi həzz olmasa kim girərdi belə məsuliyyətli işin altına? Özün üçün yaşamağın bir həzzi varsa, Çe Gevara, Rəsulzadə, Şəriəti... olmağın da başqa, daha anlamlı bir həzzi var. Var! Sən nə üçün hər gün səhər oyanıb gecə yatdığını, bu zəhmətli işi hər gün niyə təkrarladığını bilmirsənsə, onlar bilir, axı qarşılarında çox möhtəşəm bir amalları var: xalqı xilas etmək! Gözəldir e, əzizi-mən, adama qəfil “neyçün yaşayırsan?” sualı veriləndə konkret və aydın cavabının olması çox gözəldir. Bir də var deyəsən "nə bilim, yaşıyırıq daa, görək nə olur".

Siz elə bilirsiz inqilabçılar, solçular, maarifçilər, ictimai xadimlər... məsələn, Çe Gevaralar, Gandilər, Rəsulzadələr, Zərdabilər... etdikləri işdən, tutduqları yoldan həzz almırdılar? Yanılırsınız! Əksinə, onlar bu işlərdən heç birimizin heç nədən ala bilməyəcəyimiz xüsusi həzlər alır, bəzən hətta mənəvi katarsiz yaşayırdılar. Min-bir əzab-əziyyət çəkirdilər, danmıram, fəqət axı bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir! Sitat:

Bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir!

Bəlkə elə ona görə də onlar heç kəsi qınamır, uğrunda əlləşdikləri xalqa (indikilər kimi) minnət qoymur, əksinə, xalqı "uca millət" xitabıyla şərəfləndirirdilər. Bir yazıçı, bir aktyor, bir maarifçi, bir ziyalı, əgər səmimidirsə, “ömrümü bu xalqa həsr elədim, qədrimi bilmədilər” kimi pafoslu gileylər etməməlidir. Adama deyərlər, bəs o yaşadığın həzləri hara yazaq? Axı sən bu zəhmətlərinin qarşılığını alırdın! Şillə, təpik, təhqir, tənə cəzadırsa, mənalı, amallı həyat, xalq sevgisi, tərif, xoş sözlər də mükafatdır, əzizim. Hər şey bir yana, sən bu işlə xoşbəxt olurdun, daha nə istəyirsən!

Həyətimizdə rus nənələr var - qırmızı yanaq, canlı matruşkalar, hər gün öz xoşlarıyla gülləri sulayırlar, blokun qabağını süpürürlər, pişikləri yemləyirlər, qar yağdı yolların qarını təmizləyirlər... Soruşursan, niyə edirsiniz bunları, nəyinizə lazımdır, nə marağınız var? Cavabları yekdildir: biz bu işlərdən həzz alırıq, vəssalam!

Etikada bu hala evdemonizm halı deyilir, yəni hamı həzz üçün yaşayır bu həyatda, əzizim, hamı! Sadəcə Rəsulzadələrin duyduğu həzz daha dərin və daha həqiqidir. Onların böyüklüyü də məhz bundadır! Onların ən böyük kəşfi də məhz bu həzdir. Bu həzzi duydunsa əbədiyyən dirilirsən, bu həzz yaşadır səni, darda, qarda, boranda, hər halda və hər vəziyyətdə! Necə ki, Rəsulzadəni yaşadırdı və yaşadır!

Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir! Çünki o əmindir: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı:

“Bu qədər qəm nəyə lazım” demə, qəm çək yenə də.
O qəmin qədrini qəm sahibi - qəmxaar bilir.

Əsas da Xaliqdir, nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir.

Bu gün xalq Rəsulzadəni bilir!

Günün mübarək, böyük kişi, sən hər zaman ürəyimizdəsən!


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *