vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
19:53 | 15 fevral 2019 | Cümə Məqaləyə 2247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qırmızı “qızıl”

Hər ton pomidor 1032 dollar valyuta gətirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan 2018-ci ildə 177 milyon 381 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə hökumətdən məlumat verilib. “2018-ci ildə Azərbaycan 177 milyon 381 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4 faiz, dəyər ifadəsində 17 faiz artıb”, - deyə məlumatda bildirilir.

1 ton pomidor ölkəyə 1032 dollar valyutanın daxil olmasını təmin edib.

Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, 2018-ci ildə bu ölkəyə 176 milyon 263 min dollar dəyərində 170 min 315 ton (bütün ixracın 99,06 faizi) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 11,2 faiz, dəyər ifadəsində 16,5 faiz artıb.

2017-ci ildə Azərbaycan 151,6 milyon dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.