vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
13:06 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran divarlarında Abbas Lisani şüarları

İslamşəhrdə milli fəala azadlıq tələb olunur

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Tehran Əyalətində də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına etirazlar davam edir.

Məlumata görə, Tehran Əyalətinin İslamşəhr şəhərində divarlara tanınmış fəalın qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb.

Yerli azərbaycanlı milli-mədəni fəallar “Abbas Lisani azad olunsun”, “Biz hamımız Abbas Lisaniyik”, “Abbas lisani zülmün qarşısında dirəniş simvoludur” və s. kimi şüarlar yazaraq hər kəsin diqqətini tanınmış fəalın saxlanmasına cəlb ediblər.

İslamşəhr şəhərində ötən günlərdə də Abbas Lisani haqda oxşar şüarlar yazılmışdır.

Abbas Lisaninin azadlığa buraxılması üçün etirazlar müxtəlif formalarda davam etdirilir. “Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və divarlara şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının partiyaları və Türkiyə vətəndaşlarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.

Fevralın 15-də Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“İstiqlal” görüşündə də 100 min “Traxtur” tərəfdarı şüarlar səsləndirərək Abbas Lisaninin azadlığa buraxılmasını tələb ediblər.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

Tanınmış fəalın ailəsi və yaxınlarının bütün cəhdlərinə baxmayaraq 1 aydan çoxdur qeyri-müəyyən vəziyyətdə saxlanılan fəalın nədə ittiham olunduğu açıqlanmır.