vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:23 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 1950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“AXC Fələstindəki yəhudiləri dəstəkləyib”

Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi Moşe Bekker yeni kitabı üzərində çalışır və yaxın vaxtlarda onun kitabı işıq üzü görəcək.

Bu kitabda diqqətimizi çəkən əsas məqam onun mövzusu və adı oldu. “Azərbaycanın etnik mozaikasında yəhudilər” adlı kitab Azərbaycan tarixi fonunda ölkəmizdə yaşayan yəhudilərin tarixi, həyatı haqqında ətraflı məlumatları özündə ehtiva edir.

Kitabın müəllifi Moşe Bekker kitabla bağlı maraqlı faktları müsahibəsində açıqlayıb.


- “Azərbaycanın etnik mozaikasında yəhudilər” kitabı nədən bəhs edir və nə zaman işıq üzü görəcək?

- Əvvəlcə onu deyim ki, Azərbaycan ilk müsəlman ölkəsi olacaq ki, yəhudilərin tarixi, həyat tərzi və onların ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən kitab dərc olunur. Kitabda Azərbaycan tarixi fonunda yəhudi millətinin tarixi və onlar haqqında ətraflı və maraqlı məlumatlar yer alır. Oxucu burada yəhudi tarixi və Azərbaycan tarixinin paralel sürətdə tədqiq edildiyini görəcək. Çünki iki xalq uzun illərdir bu regionda birgə yaşayır və onların tarixini bir-birindən ayrı tədqiq etmək düzgün olmazdı. Bundan başqa kitabda Azərbaycanda yaşayan yəhudilər haqqında statistik məlumatlar, burada yaşayan məşhur yəhudilər və onlarla bağlı müxtəlif maraqlı faktlara rast gəlinə biləcək. Kitabın nə zaman nəşr ediləcəyinə gəlincə, sözün düzü kitabın əsas hissəsi hazırdır, nəşr və bəzi maliyyə problemləri həll edilən kimi kitab işıq üzü görəcək. Düşünürəm ki, 2019-ci ilin sonlarına yaxın artıq mağazalarda bu kitabı ala biləcəksiniz.

 

- Belə bir kitab yazmağa qərar verməyinizə səbəb nə oldu?

- Düzü, mən bu kitab haqqında uzun illərdir düşünürdüm. Nəhayət son dövrlərdə vaxt tapıb üzərində çalışmağa başladım. Bilirsiniz ki, yəhudi xalqı çox böyük xalqdır və dünyanın hər yerində siz bu xalqın nümayəndələrinə rast gələ bilərsiniz. Düşünürəm ki, yəhudilər yaşadıqları yerdən asılı olmayaraq bir-biriylə əlaqədə olmalıdırlar. Ancaq təəssüf edirəm ki, illər öncə mən Avropa yəhudiləri icmasının sədri olduğum zaman ABŞ-da yaşayan soydaşlarımızla görüşəndə onlar Azərbaycan və burada yaşayan yəhudilər haqqında heç nə bilmirdilər. Mən elə həmin vaxt məhz bu mövzu haqqında kitab yazmaq qərarına gəldim. Həmçinin düşünürəm ki, Azərbaycan müsəlman ölkəsi olmaqla birlikdə çox humanist və multukultural cəmiyyətə malikdir. Ona görə də, belə bir kitab yazmaqla mən əslində bütün ölkələrə Azərbaycanı örnək göstərmək qərarına gəldim.

 

- Bu kitabın dərc edilməsi yəhudi və azərbaycanlılar arasındakı münasibətlərə necə təsir göstərəcək?

- Əslində, iki xalq arasında tarixi bağ var və bu xalqlar bir-birlərinə qarşı çox yaxşı münasibətdədir. Tarixən də bu belə olub. Kitabda da qeyd etmişəm ki, ardıcıl tədqiqatlar aparmağıma baxmayaraq bir dəfə belə olsun Azərbaycanda yaşayan yəhudilərə qarşı təzyiq, repressiya və ya hər hansısa düşmənçilik faktoruna rast gəlməmişəm. Əksinə, tarix bizə bu xalqların dostluğundan xəbər verir. İstər qədim dövrlərdə, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yəhudilərə eynən ölkədə yaşayan digər xalqlar kimi xüsusi ehtiram və hörmət olub. Hazırda üzərində çalışdığım kitabda da məhz bu dostluq münasibətləri qabardılıb. Belə hesab edirəm ki, kitab iki xalq arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək.

 

- Siz kitabınızda Azərbaycan Xalq Cümhuriyyəti dövrünü xüsusi olaraq araşdırmısınız. Bu dövr barədə kitabda hansı maraqlı məlumatlar yer alır?

- Ümumiyyətlə qeyd etmək lazımdır ki, AXC sözün həqiqi mənasında demokratik dövlət quruculuğunun bariz nümunəsi idi. AXC dövrünü araşdırdığımız zaman görürük ki, bu dövrdə bütün xalqlara, o cümlədən yəhudilərə öz siyasi hüquqlarından istifadə etmək hüququ verilib. AXC dövrünü nəzərdən keçirdiyimiz zaman görürük ki, bu dövlət daxilindəki milli məsələləri tam demokratik və hüquqi yollarla həll edir. AXC dövründə heç bir xalqın hüquqları tapdalanmır və onların dini inanclarına hörmətlə yanaşılırdı. Hətta AXC-nin səhiyyə naziri Yevsey Qindes milliyyətcə yəhudi idi. Onun AXC və sonrakı dövrdə diqqətə layiq xidmətləri olub. Qindes Azərbaycanda pulsuz xidmət göstərən poliklinikalar açmış və “tif” virusuna qarşı effektiv mübarizə aparıb. AXC ümumilikdə yəhudi dostu olan liderlər tərəfindən idarə edilirdi. O dövrlərdə AXC hətta Fələstindəki yəhudiləri də dəstəkləmişdi. Ona görə də bu gün AXC-nin siyasi davamçısı olan Azərbaycan Respublikası və İsrail arasında sıx dostluq və müttəfiqlik münasibətləri mövcuddur.