vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ANALİZ  
16:39 | 20 fevral 2019 | Çərşənbə Məqaləyə 2128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml Paşinyanı tələsdirmir

Rusiya-Ermənistan münasibətlərində Lavrov barmağı

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdü.

Slovakiyalı nazir mətbuat konfransında dedi ki, bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət impulslar verməyə çalışacaqlar. Göründüyü ki, ATƏT-in hazırki sədri çox ehtiyatlı ifadə işlədib. Bu anlaşılandır. Çünki, ATƏT 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olur, ancaq heç bir irəliləyiş yoxdur. Slovakiyadan əvvəl ATƏT-ə müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik ediblər. Bu dövlətlərin xarici işlər nazirləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirirdilər. Ancaq nəticə olmadı. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil.

Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri ilə birgə mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə fikri diqqəti cəlb edib.

Birincisi, Lavrov deyib ki, həmsədr dövlətlər – Rusiya, ABŞ və Fransa sıx əlaqədə işləyir və tərəflər arasında yeni görüşlər hazırlanır.

İkincisi, Lavrov deyib ki, vasitəçilər dialoq üçün yalnız şərait yarada bilərlər, ancaq qərarı birbaşa dialoqda tərəflər özləri verməlidirlər.

Lavrovun bu iki fikrindən hansı nəticələr çıxır?

Həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar. Yəqin ilkin olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü hazırlanmalıdır. Bunun anonsu Münhen təhlükəsizlik konfransında verildi. Ancaq gözlənildiyinin əksinə olaraq Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmədilər. Ermənistanın xarici işlər naziri Münhendə hətta belə bir açıqlama verdi ki, görüş nəzərdə tutulmayıb, azərbaycanlı həmkarını koridorda görüşsə sadəcə salamlaşacaq.

Münhendə görüş ona görə baş tutmadı ki, artıq danışıqlarda predmetli müzakirə getmir. Görüşlərdə təkrar fikirlər söylənilir. Bunun isə iki tərəfə də xeyri yoxdur. Bundan başqa Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakıya məsləhət görür ki, onunla deyil Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparılsın. Bunu isə rəsmi Bakı qəbul etmir və etməyəcək. Məhz bu görüş ayrılığı nazirlərin Münhendə görüşməsinə mane oldu.

Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” sözləri isə ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Həm də Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə Moskva Paşinyana loyal münasibətini ortaya qoyur.

Bu arada, Paşinyanın Moskvanın istəyi ilə Suriyaya 83 nəfərlik hərbçidən ibarət humanitar missiya göndərməsi onun xeyrinə oldu. Rusiya Dövlət Dumasının deputatı, parlamentin MDB ölkələri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov tez-tez Moskvada və Bakıda iki ölkə arasında keçirilən toplantılarda iştirak edir. Hiss olunur ki, Azərbaycanın Moskvadakı səfirliyinin də bu deputatla sıx əlaqələri var. Ancaq buğunlərdə İrəvanda olan Leonid Kalaşnikov Rusiyaya hansı dövlətin yaxın olduğunu bu sözlərlə anlatdı: “Ermənistan Qərbin təzyiqindən qorxmayaraq Suriyaya hərbi missiya göndərdi. Rusiya Ermənistanın bu addımını yüksək dəyərləndirir və bunu biz qiymətləndirəcəyik”. Elə bu qiymətləndirmənin nəticəsidir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)