vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MUSİQİ  
20:21 | 15 fevral 2019 | Cümə Məqaləyə 1910 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qışın “oğlan çağı”nda – ən böyük konsert zalında

“Zima – 2019” beynəlxalq uşaq festivalı keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə fevralın 15-də Heydər Əliyev Sarayında “Zima – 2019” beynəlxalq uşaq festivalı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdən əvvəl gənc vokalçılar qırmızı xalı üzərindən keçiblər.

Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd edib. “Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq”, - deyə o bildirib.

Sonra möhtəşəm qala-konsert olub. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünya estrada musiqisinin məşhur nümunələrini səsləndiriblər.

Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edilib.



Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad müraciət edib, onlardan 21-i finala çıxıb. Festivala Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən ifaçılar qatılıblar.



Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır.