vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 mart 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ƏDƏBİYYAT  
18:36 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 75 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ məktub

Lənət şeytana, bacarmıram

RƏBİQƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Həmişə istəyirdim, güclü qar yağsın, ya elə təbii bir fəlakət olsun ki, dünyadan təcrid olunaq, məsələn, evdən bayıra çıxmayaq, ya məktəbdə qalaq, universitet otağının qapısı bir-ikigünlük açılmasın, işdən bizi ezamiyyətə göndərsinlər, nəsə olsun ki, rutin həyatdan bir az ayrı düşək. Bəlkə də, adrenalin aclığı idi, ya jurnalist təbiətindən doğan (indi də xilas ola bilmədiyim) ekstrim azartı.

Ömrümün böyük bir hissəsi darıxmaqla keçdi. Çox darıxanda qəfil çantamı yığıb səfərə çıxdım. Tək. Bir dəfə Tiflisdə hara gedəcəyini bilmədiyim bir marşruta mindim, guya itmək istəyirdim. Axtaran da olmayacaqdı, Bakıdan bir həftəlik getmişdim. Tanımadığım küçələri boş düzənlik əvəzlədi, iti axan Kür çayını görüb avtobusu saxlatdırdım, noyabr idi, ya dekabr, qar yağmışdı. Düşdüm, bir xeyli çaya baxdım, içimdə bir-iki nəsr fraqmenti oynadı, sonra da yorulub beynimin hansısa xanasında yatdı. Hava qaralıncayadək sahildə gəzdim, sonra özümə gülməyim tutdu. Belə itməyin heç bir mənası yox idi, üstəlik, yolu soruşub, qaldığım oteli gec də olsa, tapacaqdım. Mərkəzi küçədəydi.

Həmin səfərdən yadımda qalan detallardan biri də bu idi: iki fərqli limonad almışdım, biri pivə çıxdı. Buna da gülümsəmişdim.

Başqa bir səfərimdə mehmanxananın otağından havada oynayan qar dənəciklərinə baxıb, “gözəldir”, - düşünmüşdüm. Həm də kədərliydi. Bunu fikirləşməmişdim. Bunu onsuz da bilirdim.

İndi hərdən ağlımı itirmək istəyirəm, nəzarət hissini itirmək. Sözləri seçməmək, situasiyaları nəzərə almamaq, məsələn, məktubların çoxunu cavablandırmamaq, hər şərhə “like” qoymamaq, etiketləri gözləməmək, kimisə narahat eləyəcəyimi düşünməmək. Məsələn, götürüb sənə yazmaq ki...

Amma yaza bilmirəm, lənət şeytana, bacarmıram.

Ümumiyyətlə, son günlər tez-tez düşünürəm: niyə sevmədiyin adamlarla daha asandır? Onları asanlıqla tərifləyə bilirsən, rahatca danışırsan, zəng eləyirsən. Sevdiyin adamları isə sadəcə cırnatmaq istəyirsən. Soyuqluq göstərirsən. Bu nə axmaq tərbiyə(sizlik)dir axı?..

Bilmirəm. İstəyirəm, başqa cür olsun, istəyirəm, başqa cür olum. Alınmır.

Sən de ki, başa düşürsən, bilirsən, hiss eləyirsən və de ki, belə də pis deyiləm...

Əslində, dünyadan təcrid olunmuşam. Təbii fəlakət də baş verib. Külək də sənsən, qar da, zəlzələ də, vulkan da, bürkü də, fırtına da, şaxta da... Hamısından “ifrat”san. Ən gözəli də elə budur...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *