vaxtlı-vaxtında oxuyun! Bazar, 20 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
15:50 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Keşikçi dağ” qalmaqalı

Azərbaycan və Gürcüstanın deputatlarından reaksiya

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Azərbaycan-Gürcüstan sərhədində gərginlik yaşanır. Belə ki, Azərbaycan Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında sərhədçilərinin sayını kəskin artırıb.

“Rustavi-2” telekanalının məlumatına görə, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də “Keşikçi dağ”a gedişi bağlayacaqlar.

“Əvvəllər onların sərhədçilərinin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdılar”, - məlumatda deyilir.

İki ölkə sərhədində baş verənlərin mahiyyətini öyrənməyə çalışdıq.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva  saytımıza açıqlamasında bildirib ki, Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.

“Xatırlatmaq istərdim ki, “Keşikçi dağ” monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub.  Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev mövzuya münasibət bildirərkən məsələnin həssas olduğunu qeyd edib.

“Təqribən 20 ilə yaxındır ki, Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı danışıqlar gedir. Bununla bağlı xüsusi komissiya yaradılıb. Sərhədlərin böyük əksəriyyəti müəyyənləşdirilib. Bir qismi ilə yanaşı, gürcülərin “David Qareci”, Azərbaycan tərəfinin  “Keşikçi dağ” adı verdiyi tarixi hissəsi qalıb. Bunun hüquqi tərəfi Gürcüstan tarixində önəmli yer tutur. Gürcüstan tərəfindən xristian, gürcü mədəniyyəti, Azərbaycan tərəfindən isə alban mədəniyyəti ilə  bağlı abidə hesab olunur. Açığını desək, bura mübahisəli və müəyyən olunmamış məsələ olaraq qalır. Zaman-zaman bu məsələ gündəmə gəlib. Bu onunla bağlıdır ki, xristianların Pasxa bayramında  həmin ibadət yerlərinə zəvvarların, ziyarətə gedənlərin sayı dəfələrlə artır. Bu da müəyyən basabas yaradır.

Son dövrdə bəzi dairələr məsələni  prezident xanım Salome Zurabişvilinin bəyanatları ilə bağladılar. Açığı desək, son dövrdə Gürcüstan tərəfi  sərhədin müəyyən olunmasının başa çatdırılması ilə bağlı mövqeyini nümayiş etdirib. Eyni zamanda, Azərbaycan tərəfi də məsələnin başa çatdırılmasına hazır olduğunu bəyan edib. Bu həssas məsələyə Azərbaycan-Gürcüstan dostluğuna kölgə salmaq istəyənlər var. Düşünürəm ki, bu məsələ ilə bağlı bəyanatlar verərkən hisslərə qapılmamaq lazımdır. Təmkinli və müdrik olmaq lazımdır. Hesab edirəm ki, bu məsələ qısa zaman kəsiyində danışıqlar yolu ilə həll ediləcək”.

Gürcüstanın digər azərbaycanlı deputatı  Ruslan Hacıyev Azərbaycan-Gürcüstan sərhədi mövzusunda heç bir mübahisəli məsələnin olmadığını bildirib.

“İki dövlət arasında bu məsələlər öz həllini tapır və tapacaq. Hesab edirəm ki, “Rustavi-2” kanalının və hər hansı bir məsuliyyətsiz siyasətçinin, ya da şəxsin verdiyi bəyanat  yolverilməzdir. Gürcüstan və Azərbaycan dost-qardaş dövlətlərdir və belə də qalacaqlar.  Son dövrlər Natelaşviki və Okriaşvili cütlüyünün verdiyi bəyanatları ciddi hesab etmirəm və qınayıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb.

Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir. “Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.

Bundan sonra Gürcüstanın Leyborist Partiyasının sədri, deputat Şalva Natelaşvili  Azərbaycan əleyhinə sərsəm açıqlama ilə gündəmə gəlib.

Keçmiş müdafiə naziri İrakli Okuruaşvili də ərazinin Gürcüstana aid olmasını iddia edib. (modern.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *