
SAXAL-ın İran marşrutu
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
Dünyanın hər bir nöqtəsində şəbəkəsi olan, düşmənlərinin kabusu – MOSSAD
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub
“Amerikalılar bombanın yaradılmaması üçün geri qayıdacaqlar”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Tramp İran duasında dəlik tapıb – “zor gücünə sülh doktrinası”
İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 məhbus həlak olub
SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik
ABŞ və İran “e-poçt” müharibəsi
İran danışıqlara qayıtmaq şərtini açıqladı
İranın “Sepah”a məxsus “Təsnim” xəbər agentliyi başda olmaqla, bir neçə media qurumu Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar qərəzli məqalələr dərc ediblər.
“Təsnim” agentliyində çıxmış xəbərdə bildirilir ki, guya öz sevimli komandalarına dəstək olmaq üçün Azərbaycana gəlmiş Arsenalın iki azarkeşi “Bakıda erməni yarımmüdafiəçi Henrix Mxtryanın formasını geyindikləri üçün polis tərəfindən müvəqqəti olaraq saxlanılıblar”.
Agentlik bununla bağlı Arsenal komandasının tərəfdarlarının sosial şəbəkələrdə videolar yaydığını iddia etsə də, nədənsə o videoları oxuculara təqdim etməyib.
“Təsnim” Henrix Mxtryan Bakıya gəlməməsinin səbəbini “Azərbaycan ilə Ermənistan arasında mövcud olan siyasi məsələlər” kimi dəyərləndirib. İran hökuməti və mediasının hər zamankı xislətinə uyğun olaraq, “Təsnim” bu yazıda da Azərbaycanın haqlı mövqeyini, torpaqlarının 20 faizdən çoxunun Ermənistan tərəfindən işğalı faktını, eləcə də müsəlman azərbaycanlıların ermənilər tərəfindən qətliamını və Mxtryan məsələsinin Ermənistan tərəfindən öz cinayətlərini ört-basdır etmək, erməniləri “azərbaycanlılar tərəfindən daim təhdidlərə məruz qalmış xalq” kimi göstərmək üçün siyasi alət kimi ortaya atıldığı qeyd etmir, bunu “siyasi məsələlər” kimi qələmə verir. Bütün bunlar bir kənara, bu addım İran agentliklərinin də Ermənistan rəhbərliyinin Henrix Mxtryan vasitəsi ilə Azərbaycan və azərbaycanlılara qarşı apardığı çirkin kampaniyaya qoşulduğunu isbat edir.
İran agentliklərinin dediklərinin əksinə olaraq, Qərb media orqanlarında yayımlanmış sözügedən videoda Azərbaycan polisi dənizkənarı bulvarda gəzən turistlərə yaxınlaşıb, onlardan nə isə soruşur. Burada polisin futbol azarkeşlərini saxlamağından söhbət belə gedə bilməz. Bütün bu proses isə 7-8 saniyə çəkib. Daha sonra polislər onlardan üzr istəyərək, uzaqlaşırlar. Qərb media orqanlarında dərc edilən materiallarda video ilə bağlı bildirilir ki, “Azərbaycan polisi turistlərə təhlükəsizlik qaydaları ilə bağlı məsləhət verir”.
“Təsnim” agentliyi dərc etdiyi digər xəbərdə “Bakıda finala hazırlığın aşağı səviyyədə” olduğuna diqqət çəkməyə çalışıb. Belə ki, agentliyin iddiasına görə, gələn turistlərin çoxunu yerləşdirmək üçün “otellərdə boş yer tapılmayıb”. Buna görə də, “onlar məcbur qalıb, 2-3 qat çox pul ödəyərək, kirayə evlər tutublar və ev sahibləri də fürsətdən istifadə edərək, qiymətləri kifayət qədər qaldırıb”.
Agentliyin yazdıqlarının əksinə olaraq, final oyununa gələn turistlərin hamısı Bakıya gəlməzdən öncə otellərdə öz otaqlarını rezerv ediblər və onların yerləşdirilməsi ilə bağlı heç bir problem olmayıb. Futbol azarkeşlərinin şəxsi evlərdə yerləşdirilməsi ilə bağlı isə heç bir hal qeydə alınmayıb.
Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da turistlərə qalmaq üçün kirayə evlər təklif olunur. Vəsaitinə qənaət etmək istəyən qonaqlar öz seçimləri əsasında bu evləri “Təsnim”in iddia etdiyi kimi, “2-3 dəfə baha qiymətlər”lə deyil, otel qiymətlərindən dəfələrlə ucuz kiralamaqla, onlarda qala bilərlər.