vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
14:01 | 14 iyun 2019 | Cümə Məqaləyə 17685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mən tək, kontrabasda?

İsrailli virtuoz ifaçı Bakıya trio ilə gəlib

LALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Muğam Mərkəzində keçirilən “Baku Summer Jazz Days” festivalının daha bir konsertini iyunun 12-də İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezranın triosu təqdim etdi.

Çox zaman solo ifa ilə tamaşaçıların görüşünə gələn musiqiçi Bakıda trio ilə çıxış etməyi qərarlaşdırıb. O, kontrabasda fərqli tərzdə ifası, bu alətdə bir neçə texnikanı eyni anda istifadə etməsi ilə diqqət çəkir.

Konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberq festivalı sənət bayramı adlandırdı. Bildirdi ki, festivalda İsrail musiqiçilərinin iştirakı ölkələrimizin bir-birinin mədəniyyətini tanıması baxımından əhəmiyyət kəsb edir: “İşimin ən gözəl tərəflərindən biri də budur ki, zamanla həm Azərbaycan, həm də İsrailin sənət dünyası ilə bağlı biliklərimi daha da artırıram. Bu yay festivalında iştirakımızdan məmnunluğumu ifadə edirəm”.

Sonra Adam Ben Ezranın triosu səhnəyə çıxdı. Yayın unudulmaz caz əhvallı axşamı İsrail musiqiçilərinin təkrarsız ifaları sayəsində əhvallara xoş təsiri ilə yaddaşlara köçdü.