vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:03 | 6 avqust 2019 | Çərşənbə axşamı Məqaləyə 2478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenski Bakıya nə zaman gələcək?

Prezident İlham Əliyev təlimat verə bilər

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin bu həftə Türkiyəyə rəsmi səfəri (prezident olmadığı illərdə də yay aylarında Türkiyənin sahillərində dincəlirdi) Kiyevin son illərdə həyata keçirdiyi xarici siyasətlə əlaqəlidir. Bu siyasətə görə Türkiyənin rolu və yeri ABŞ və Avropa İttifaqı qədər Ukrayna üçün vacibdir. Birincisi, Ukraynanın qonşusu olaraq Türkiyənin investisiyaları Kiyev üçün vacibdir. İkincisi, Kiyev Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri quran Türkiyənin geososiyasi anlamda itirmək istəmir.

Ankara Moskva ilə sıx əlaqələrinə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını qəbul etmir və Krım türklərinə dəstəkdən vaz keçmir. Bu amillər Kiyevin işinə yarayır. Ona görə də son illər Ankaraya gələn Ukrayna prezidentləri hər səfərlərində heyətə Krım türklərinin lideri Mustafa Cəmiloğlunu da əlavə edirdilər. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Cəmiloğluna böyük hörməti var. Krım Cəmiloğlu Ukraynadakı son prezident seçkisində Vladimir Zelenskinin rəqibini dəstəkləmədi. Buna baxmayaraq, Zelenski də keçmiş prezidentlər Petro Poroşenko və ya Viktor Yuşşenko kimi Krım türkləri mövzusuna həssas yanaşmalı və Ankaraya gedəcək heyətə Krım türklərinin nümayəndəsini daxil etmək barədə düşünməlidir. Kiyevlə sıx təmaslar Ankara üçün də o mənada vacibdir ki, regional siyasətdə bütün yumurtaların Rusiya səbətinə qoyulmadığı görünsün.

Vladimir Zelenskinin Cənubi Qafqaz ölkələri arasında səfər edəcəyi ilk ölkə Azərbaycan olmalıdır. Ən azı biz buna çalışmalıyıq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Doğrudur, AŞPA-da son səsvermədə Azərbaycan nümayəndə heyəti Krımın ilhaqına rəğmən, Rusiyanın bu quruma qayıtmasına səs verdi. Ancaq Rusiyanın geri qaytımasına səs verənlər arasında avropalılar da çoxluq təşkil edirdi. Yəni Azərbaycan nümayəndə heyətinin AŞPA-da Rusiyanın xeyrinə səsverməsi Bakı ilə Kiyev arasındakı əlaqələrə mənfi təsir etməməlidir. Petro Poroşenkonun dövründə Azərbaycanın Ukraynadakı dövlət müəssisələrinin özəlləşdiriilməsində iştirakı mövzusu müzakirə olunurdu. Məsələn Dövlət Neft Şirkəti Odessa və Çernomorskdakı neft terminallarının özəlləşdirilməsinə maraq göstərirdi. Dövlət Neft Şirkətinin Ukraynadakı artan fəaliyyətini nəzərə alaraq bu özəlləşdirməni Zelenskinin prezidentliyi dönəmində reallaşdırmaq mümkündür. Odur ki, yaxın aylarda prezident İlham Əliyevin ukraynalı həmkarı ilə görüşünün və müzakirə ediləcək mövzuların hazırlanması təlimatı verilə bilər.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)