vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:20 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya soyuqdan donacaq

Buz dövrü qayıdır

İlkin NƏCƏFZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kembric Universitetinin alimləri hesab edir ki, 15 ildən sonra dünyada temperaturun kəskin aşağı düşəcəyi gözləyir.

AzVision.az xəbər verir ki, alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra günəşin fəallığı 60 faiz aşağı düşəcək. Bu, yer kürəsinin hərarətinin azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir edəcək.

Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək. Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi nəticəsində ərzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü sürüşmələr meydana gələcək.

Lakin bir çox alimlər Jarkovun fikri ilə razı deyil. Bəziləri iddia edir ki, günəş fəallığının bir dərəcə azalması buz dövrünün başlanması üçün kifayət deyil. Qlobal istiləşmə tərəfdarları isə hesab edirlər ki, ozon təbəqəsində mövcud olan genişlənmə dünyada temperaturun artmasına gətirib çıxaracaq.