vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MUSİQİ  
20:54 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3465 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İfası ilə məşhurlaşan fəhlə Murtuza ...

... segah, muğam və təsniflərin yarıdan çoxunu ifa edə bilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Fəhlə iş arası oxuyur, iş yoldaşları maraqla qulaq asır. Başqa bir fəhlə isə şeirlə onu müşayiət edir. Xezerxeber.az bildirir ki, son günlər sosial şəbəkələrdə ən çox paylaşılan bu video izlənmə rekordu qırır. Yazılan şərhlərdə hamı bu insanların kimliyi ilə maraqlanır, oxuyan fəhlənin indiki müğənnilərdən daha şirin səsə sahib olduğunu qeyd edirlər.

Biz də həmin insanları axtarıb tapdıq və istədik ki, onları hamı tanısın.

60 yaşlı Saday Rzayev və 38 yaşlı Murtuza Məhərrəmov Laçın rayonundan məcburi köçkün düşərək, Bakıda məskunlaşıblar. Murtuza deyir ki, segah, muğam və təsniflərin demək olar ki, yarıdan çoxunu ifa edə bilir. Özü ifaçılıqla peşəkar məşğul ola bilməsə də, oğlunu musiqi təhsili alması üçün musiqi məktəbinə göndərir.

Fəhləliklə məşğul olan Murtuza həm işdə, həm də evdə oxuyaraq insanlara musiqi ziyafəti verməkdən zövq aldığını deyir.