Gecikmə, xidmət çatışmazlığı
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
            					
            	
                13:32 | 23 iyul 2017 | Bazar
                Məqaləyə 3803 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
                                Avropada qatar biletləri təyyarədən 26 dəfə bahadır
                                Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
                                Ağdam məscidinin qapısı üzərindəki Quran kəlamları
                                Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
                                Qatar gecikmələri almaniyalı naziri də qəzəbləndirib
                                “Deutsche Bahn” gecikmə rekordu qırır – hər iki qatardan biri vaxtında çatmır
                                Bahalı qatar, komfort zona, seçimsiz xidmət – bu, ictimai nəqliyyatdırmı?
                                Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
                                ...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
                                “Boeing”in tarixindəki ən böyük sövdələşmə
                                Bir həftə ərzində iki dəfə 10,000-dən çox sərnişini yollarda qalıb
                                Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
                                ... Yaxud əlləri havada qalan Ağdam sakini
                                Bir kitabdan daha artığı
                                Hadisə nəticəsində 295 nəfərin öldü, 460-ı yaralandı və bir kəndin tamamilə dağıldı
Mətbuat Şurasının tədbirində iştirak etmək üçün həmkarlarımla birgə Gəncəyə getmişdim. Rəşad Məcid və Akif Aşırlı isə qatarla gəldilər. Ertəsi gün səhər tezdən otelin qarşısında görüşdük. Rəşadın gözləri dolmuşdu, üzündən nisgil yağırdı. Nə baş verdiyini soruşdum. Sonuncu dəfə 25 il öncə qatarla Ağdama getdiyini dedi... Keçirdiyi hissləri danışdı. Əslində danışmasaydı da olardı, onsuz da hər şey gözlərindən oxunurdu. Keçirdiyi hisslərlə bağlı bir şeir yazmağımı istədi. Söz verdim, «yazacağam» dedim...
Rəşadın hisslərini bir neçə gün yenidən və yenidən yaşadım. Ruhum sarsıldı...
Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı…
Gözlərim yol çəkir yol ayrıcında…
İçim başdan-başa gözləmə zalı…
Uyuyur saçımda izi illərin -
Bir kövrək baxışa, sığala möhtac.
Dolaşıb kələfi xatirələrin -
Üfüqlər dolanbac, yollar dolanbac…
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ yolların…
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların…
***
Sükuta bürünüb vağzal,
Sükuta…
Bir dil istəyirəm dindirə məni…
Bir əl istəyirəm əlimdən tuta
Ağdam qatarına mindirə məni…
***
…Saata baxıram:
«Hələ vaxta var…»,
Bələdçi perronda kölgə tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir həsrət kabusu…
«Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, «qatar Ağdama gedir…»
De, qardaş…
De, «yanlış yazılıb «Gəncə» lövhəsi».
…Bələdçi biletə baxır sakitcə,
…Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə «Gəncə»di,
biletdə «Gəncə»,
Gözümdə…
«Ağdama gedir bu qatar».
***
…Bu qatar Gəncəyə gedir…
Gəncəyə…
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, «təsəlli», - deyə
Dəhlizə boylansam, kupeyə baxsam…
***
...Kupe də bənzəyir həmin kupeyə,
Dəhliz də bənzəyir, pəncərələr də...
Elə bu qatarla, elə bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.
Kupedə sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
Xatirə qoxuyur aldığım nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki səs:
«Bu qatar Ağdama getmir, en, Rəşad!».
...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
***
…Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır…
Qayıtmır geri…
Hər gecə Ağdamdan bir qatar gəlir -
Didərgin ruhlardı sərnişinləri…
Didərgin ruhlardı sərnişinləri…