Qara bağın ağ damı
Ağdamın işğalından 24 il ötür…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qatar traktoru sürüdü
Avropada nəqliyyatın hərəkətini iflic edən qəza
-
Qatar qatara çırpılıb
18 vaqonun relsdən çıxdığı qəzada 2 nəfər ölüb
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
“Kaleydoskop”
... Yaxud qırıq-qırıq görünən Ağdam
-
Ağdam qatarı Bakıdan gedir
Bu yolu keçməyə əzm var
-
Nur içində uyu, Komandir!
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
-
Arzuya bax, İlahi
Tez-tez gəlin ...
-
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
-
Pənah Hüseyn və Akif Nağı saxlanıldı
Cəbhə xəttini keçdiklərinə görə …
-
“Videodakı başdaşı atama aid deyil”
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
-
«İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, ...»
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
-
AB-nin Sərkisyandan Azərbaycan tələbi
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
-
«Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır»
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
-
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
Bu gün Ağdam rayonunun işğalından 24 il ötür. Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi yalnız dağıntılar və ermənilərin hərbi və təlim bazaları yerləşir.
23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən siyasi çəkişmələr və üsyançı polkovnik Sürət Hüseynovun Prezident Elçibəy hakimiyyətinə qarşı demarşı ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək və Ağdamı işğal etmək üçün imkanı verir .
Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.
Ağdam rayonun ümumi ehtiyatları 64863 min m3 olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən və iri gövdəli ağaclar doğranaraq Ermənistan istiqamətində aparılıb.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yedixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən ümumilikdə 17457 hektar otlaq sahəsi yandırılıb.
ABŞ Diplomatı Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamı görərək dəhşətə gəldiyini deyir: «Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər».