vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
19:58 | 15 sentyabr 2017 | Cümə Məqaləyə 3628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yoxsa unudublar ki, ...»

Bəhram Bağırzadə: «Çingiz Abdullayev ölümün gözünün içinə baxır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıdakı «26» kafesi ilə bağlı qalmaqallı hadisədən və bununla əlaqədar Yazıçılar Birliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında az qala açıq münaqişənin yaranmasından sonra KİV-də tənqid dalğası AYB-nin katibi Çingiz Abdullayevə doğru istiqamətləndi. Azərbaycanın məşhur komediya aktyoru, «Bakılı oğlanlar» «Şən və Hazırcavablar Klubu» (ŞHK) komandasının üzvü Bəhram Bağırzadə özünün «Facebook» səhifəsində Çingiz Abdullayevin müdafiəsinə qalxıb.

Virtualaz.org həmin şərhi olduğu kimi təqdim edir.


***


Bakıdan cəmi iki gün olardı ayrılmışdım ki, şəhərə ikicə rəqəmə görə ildırım, tornado, tsunami, tufan və təbiətin digər fəlakətləri üz verdi...

Alimlər şimşək püskürür, rəhbərlik indiyə qədər görünməmiş gündüzün günorta çağı ildırım çaxır, bəzi «jurnalistlər» isə az qala xoşbəxtlikdən boğulurdular ki, rəqiblərini «yoldaş Stalin» sayağı yaş, sürüşkən sözlərlə təpikləyə bilərlər. Bu o qədər iyrənc və çirkin idi ki, onların mətnlərini oxuduqca sanki 80 il əvvələ, onların damğa vurduğu zamana qayıtmışdım. Sonra isə «həqiqət aşiqləri» bütün diqqətlərini bir adamda, yaradanın hökmü ilə onlardan daha uca və istedad cəhətdən qat-qat parlaq və buna görə də, söndürməyə çalışdıqları şəxsə yönəltdilər. Bildiniz, kimi deyirəm? Əlbəttə, Çingiz Abdullayevi, o adamı ki, onu böyük dostum adlandırmağı özümə şərəf bilirəm!

Onunla çox-çox əvvəllər, 90-cı illərdə tanış olmuşuq... Həmin yaddaqalan gün biz ŞHK-dan olan uşaqlarla filarmoniyada çıxış edirdik və oraya bizim sərt zarafatlarımıza əl çalan «Xalq cəbhəsi»nin az qala bütün xadimləri və ziyalıların təmsilçiləri toplaşmışdılar. Konsertdən sonra səhnə arxasında dayanmışıq və gözləyirik ki, indi, hər zaman olduğu kimi, tamaşaçılar bizə yaxınlaşıb çıxışımıza görə minnətdarlıqlarını bildirəcəklər. Beş dəqiqə keçir, heç kim yoxdur. On, iyirmi... Sonradan bizə - təcrübəsiz uşaqlara çatdı ki, ziyalılar aradan çıxıb – ayaqlarının ucunda, nəfəslərini belə dərmədən... Yalnız iki nəfər bizi təbrik etməyə gəldi. Bunlardan birincisi Çingiz Abdullayev idi – bütün dünyada tanınan dahi Azərbaycan yazıçısı. «Uşaqlar! Afərin sizə, təbrik edirəm!» – Çingiz müəllim ucadan dedi və ondan sonra Bakının baş psixiatrı Ağabəy Sultanov yaxınlaşdı, Çingiz müəllimdən də uca səslə bütün filarmoniyanın eşidəcəyi şəkildə dedi: «Uşaqlar, həmişəki kimi, əla!!! Əgər probleminiz olsa, qorxmayın. Deyəcəyəm ki, mənim adamlarımsınız!»

Atamdan sonra Ağabəy Sultanov və Çingiz Abdullayev mənim üçün «əsl kişi» anlayışının simvoluna çevrildilər!

Həmin gündən az qala dörddə bir əsr keçib... İndi mənim vaxtım çatıb, öz Müəllimimə və Dostuma göstərməliyəm ki, pis şagird olmamışam və onun kişilik dərslərini mənimsəmişəm. Bu illər ərzində həmin hadisə tək olmadı, mən Çingiz müəllimdən yalnız kişiliyi deyil, yaxşı ədəbi zövqü, qəlb genişliyini, kişiyana təmkini, analiz etmək qabiliyyətini, diplomatiyanı öyrənmişəm...

Lakin bu gün mən heç bir vəchlə diplomat olmaq istəmirəm! Bu gün mən özümü 300 spartalıdan, 28 panfilovçudan, Üç muşketyordan, Üç yoldaşdan, eyni zamanda Üç tankçıdan (amma itsiz), 7 samuraydan biri, Agent 007, Ouşenin 11 dostu kimi hiss edirəm. Bu hamısı mənəm, bunlar hamısı məndədir və bunlar hamısı mənim dostum Çingiz Abdullayev üçündür! Şübhəsiz ki, o, elə böyük və tanınmış şəxsiyyətdir ki, heç kimin müdafiəsinə ehtiyac duymur. Onun rəqibləri barmaqlarını klaviaturaya yaxınlaşdırmadan öncə yaxşı fikirləşməlidirlər... Yoxsa unudublar ki, Çingiz Abdullayev ilk növbədə zabitdir? Özü də hərbi zabit və dəfələrlə ölümün gözünün içinə baxıb! Odur ki, ağ yalan ona xoş gəlmir, bundan artıq heç nə... Lakin buna baxmayaraq, mən Çingiz Abdullayevə dəstək olmaq üçün öz sözümü deməyi və ona iki əlimi, iki yumruğumu, bir başımı və tək ürəyimi təklif etməyi şərəf bilərəm! Mən sizinləyəm, burada və indi, sabah və sona qədər, mənim çox hörmətli dostum!